“Bilik almaq insan üçün ən vacib tələbatdır”
Tarix: 15.08.2018 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


Ötən gün Türkiyənin Adnan Menderes Universitetinin Tibb fakültəsinin dekanı, professor Serpil Dəmirağ, Adnan Menderes Xəstəxanasının müdiri, fakültənin katibi Oktay Paşa və dekan köməkçisi Bekir Dağlı Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədovla görüşüblər.
Bilik Fondundan bildirilib ki, O.Səmədov türkiyəli qonaqlara rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə geniş məlumat verib. Bildirib ki, Bilik Fondu bütün sahələr üzrə əhalinin maarifləndirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirir. Bu tədbirlər maarifləndirici proqramlar əsasında hazırlanan layihələr vasitəsilə gerçəkləşir. İcraçı direktor fondun “Tibbi maarifləndirmə” proqramından söz açaraq qeyd edib ki, müxtəlif dövlət və özəl qurumlarla əməkdaşlıq çərçivəsində mühüm layihələrə imza atılıb. Fondun "Dünya elmi Azərbaycanda", "Azərbaycan elmi dünyada" layihələrinin mahiyyətindən danışan O.Səmədov yerli alim və mütəxəssislərlə yanaşı, xarici elm adamları ilə səmərəli əməkdaşlıq qurulduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycanda tibbi sahədə sürətli inkişaf gedir və belə bir vaxtda xarici mütəxəssislərin yerli əhali ilə təmaslarına böyük ehtiyac var. Bilik Fondu Adnan Menderes Universitetinin və onun nəzdində fəaliyyət göstərən tibb müəssisəsinin imkanlarından istifadə etməyə hazırdır, bu qurumların alim və mütəxəssislərini mütəmadi olaraq mühazirələrə, görüşlərə, konfranslara cəlb edə bilər. İcraçı direktor Adnan Menderes Universiteti ilə Bilik Fondu arasında əməkdaşlıq sazişi imzalanmasının mümkünlüyünü diqqətə çatdırıb.
Milli Məclisin üzvü Sona Əliyeva Bilik Fondunun Şəmkir Bilik evinin rəhbəri olduğunu xatırladaraq, bu günə qədər regionlarda təşkil olunan tədbirlərin mahiyyətindən danışıb. Bildirib ki, ölkənin bütün bölgələrində yerli sakinlər, ziyalılar, rəsmi qurumların nümayəndələri Bilik Fondunun layihələrinə həvəslə qoşulurlar. Bu da nəticələrin effektivliyini daha da artırır.
Təmsil etdiyi ali təhsil ocağı barədə ətraflı məlumat verən S.Dəmirağ bilik almağın insan üçün ən vacib tələbat olduğunu vurğulayıb, əsasən, tibbi maarifləndirmə istiqamətində Bilik Fondu ilə əməkdaşlığın səmərəsindən söz açıb.
O.Paşa da əməkdaşlığın perspektivlərindən danışıb və iki qardaş ölkənin bir-biri ilə daha sıx bağlanmasında maarifləndirmənin böyük əhəmiyyətə malik olduğunu söyləyib.
B.Dağlı isə azərbaycanlıların təhsilə böyük önəm verdiklərini, sözügedən ali məktəbdə xaricdən təhsil alan tələbələrin əksəriyyətinin Azərbaycandan olduqlarını bildirib. Dekan köməkçisi iki qardaş ölkənin həm də bilik körpüsü vasitəsilə birləşməsi zərurətinə toxunaraq, hər iki qurumun bu müqəddəs missiyaya böyük töhfə verəcəyinə inamını ifadə edib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info