Kürşad Zorlu: ”Xəzərin statusuna dair razılaşma Türkiyə üçün də böyük əhəmiyyət daşıyır”
Tarix: 15.08.2018 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


Bu günlərdə Qazaxıstanın Aktau şəhərində keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısı və onun nəticələri dünyada diqqət mərkəzindədir. Mütəxəssislər Xəzər dənizinin hüquqi statusu haqqında imzalanan Konvensiyanı yüksək qiymətləndirir və uğurlu nəticələr əldə ediləcəyini bildirirlər.
Dünya KİV-ləri Zirvə toplantısına geniş yer ayırır, onun əhəmiyyətindən bəhs edən yazılar dərc edirlər.
Zirvə toplantısına öz mediasında geniş yer ayıran ölkələrdən biri də qonşu Türkiyədir. Bu ölkənin nüfuzlu “Aksam.com.tr” saytında “Xəzər dənizinin xəritəsi- Xəzər dənizi haradadır, sahili olan ölkələr hansılardır?” adlı yazı dərc edilib. Burada göstərilir ki, Xəzər dənizinin sahilyanı ölkələr tərəfindən bölüşdürülməsi və istifadəsi üçün 20 ildən çoxdur davam edən müzakirələr liderlərin imzaladığı razılaşma ilə nəticələndi. Qazaxıstanın Aktau şəhərində təşkil edilən Xəzər ölkələri dövlət başçılarının sammitinə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti Həsən Ruhani, Rusiya dövlət başçısı Vladimir Putin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov qatılıb. Qeyd edilir ki, vətəndaşlar Xəzər dənizi ilə əlaqədar məlumatları araşdırırlar və buna görə bu barədə yazıda ətraflı məlumat öz əksini tapıb. Burada göstərilir ki, Xəzər dənizi böyük su kütləsinə malikdir, göl sularının 40-44 faizini təşkil edir. Xəzər sahilləri Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan tərəfindən bölüşdürülür. Xəzər dənizi üç ayrı fiziki rayona bölünür. Adını Xəzər xaqanlığından alıb, Şərqi Avropa və Cənub-Şərqi Asiyadadır və dünyanın ən böyük duzlu su gölüdür. Duzluluğun səviyyəsi 1,2% -dir. Həm dəniz, həm də göl xüsusiyyətlərinə malikdir. Neft yataqları ilə zəngindir.
Xəzər dənizi qərbdə Azərbaycan və Rusiya, şimal-şərqdə Qazaxıstan, şərqdə Türkmənistan, cənubda isə İran torpaqları ilə əhatə olunub. Uzunluğu 1210, eni isə 210-436 km-dir. Açıq dənizlərlə əlaqəsi yoxdur. Buna görə də suyun səviyyəsi davamlı olaraq dəyişir.
“Londragazete.com” saytında “Xəzər 5 ölkə arasında bölüşdürüldü” başlıqlı yazı dərc edilib.
Zirvə toplantısından bəhs edən yazıda Xəzərin əhəmiyyətli bir bölgə olduğu bildirilir. Burada qeyd edilir ki, 5 ölkənin dəniz, yaxud "daxili su hövzəsi" adlanan Xəzər neft, təbii qaz və kürü ilə zəngin bir bölgədir. ABŞ Enerji İnformasiya Agentliyi hesab edir ki, regionda 48 milyard barel neft və 8,3 trilyon kubmetrlik təbii qaz yataqları var.
Xəzər dənizinin ən böyük neft yatağı Qazaxıstan sahillərindəki Kaşağandır. Bundan başqa, Xəzər dünyanın ən bahalı qidaları arasında olan kürü baxımından əhəmiyyətli bir mənbədir. Burada yaşayan mersin balıqlarından çıxarılan kürü əhəmiyyətli bir gəlir mənbəyidir. Qeyd edilir ki, Xəzərlə bağlı razılaşmanın hərbi məzmunu da var. Razılaşmaya görə, Xəzərdə sahilboyu ölkələrdən başqa, heç bir ölkə hərbi baza aça bilməyəcək. Xəzərin təhlükəsizliyi yalnız beş ölkə tərəfindən təmin ediləcək. Saziş çərçivəsində Xəzərdən pay alan İranın Prezidenti Həsən Ruhani müqaviləni “əhəmiyyətli bir sənəd” kimi xarakterizə edib. Ruhani, Xəzərdə beş ölkə xaricində hərbi fəaliyyətin olmayacağını məmnuniyyətlə qarşılayaraq, "Xəzər dənizi yalnız Xəzər ölkələrinə aiddir" deyib. Rusiya Prezidenti Putin razılaşmanın “yeni cığır açacaq bir əhəmiyyətdə” olduğunu ifadə edərək, Xəzər ölkələri arasında daha çox hərbi əməkdaşlığın lazım olduğunu deyib.
İmzalanan razılaşmaya əsasən, Xəzərin enerji resurslarının bölüşdürülməsi barədə razılığa gəlinib. Bundan əlavə, enerji boru kəmərlərinin Xəzər dənizindən keçməsində irəliləyiş əldə olunub.
“Bursatv.com.tr” “ANALİZ - Xəzər beşliyi Türkiyə üçün necə bir alternativdir?” başlıqlı yazı dərc edib. Yazının müəllifi Dos. Dr. Kürşad Zorlu analitik təhlildə göstərir ki, Türkiyənin iqtisadi bir müharibə ilə qarşı-qarşıya qaldığı bu günlərdə Avrasiyanın ürəyi olaraq xarakterizə edilən Xəzərin sahilində çox əhəmiyyətli bir müqavilə imzalandı. Qazaxıstanın Xəzər sahilindəki Aktau şəhərində keçirilən Xəzəryanı ölkələrin sammitində 22 il ərzində müzakirə edilən bir çox mövzular razılaşdırıldı. "Xəzər beşliyi" adlanan Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistanın bu mövzudakı çalışmaları artıq tarixi sazişlə yekunlaşıb.
Müəllif qeyd edir ki, Xəzərin statusuna dair razılaşma Türkiyə üçün də böyük əhəmiyyət daşıyır. Türkiyə bu anlaşma ilə təmin edilən razılaşma iqlimini istər ikitərəfli, istərsə də çoxtərəfli əlaqələrlə inkişaf etdirərək düzgün istiqamətləndirə bilərsə, yaxın və uzaq perspektivdə ciddi qazanclar əldə edə bilər. Önümüzdəki müddətdə Rusiya və İranın, hətta Çinin Transxəzər layihəsinə olan yanaşması Xəzərdəki enerji marşrutlarını dəqiqləşdirəcək. Xəzərin hüquqi və diplomatik baxımdan sabitlik qazanması ilə Çinin liderliyində davam edən İpək Yolu Layihəsi sürətlənəcək və bölgə ölkələri arasındakı iqtisadi asılılığı fərqli nöqtələrə daşıyacaq.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı
17.11.2018
Parisin qeyri-adekvat siyasəti Fransanın ATƏT Minsk qrupunda iştirakını şübhə altına alır
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
16.11.2018
Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info