Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısı Almaniya mətbuatında işıqlandırılıb
Tarix: 15.08.2018 | Saat: 05:06:00 | E-mail | Çapa göndər



Almaniyanın “Spiegel”, “Die Zeit”, “Deutsche Welle”, “ZDF”, “DLF” və s. nüfuzlu KİV-lərində Xəzəryanı ölkələrin dövlət başçılarının Qazaxıstanın Aktau şəhərində keçirilmiş V Zirvə toplantısı ilə bağlı məqalələr dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalələrdə dünyada ən böyük daxili su hövzəsi hesab edilən Xəzər dənizinin sahilində yerləşən beş dövlətin uzun sürən danışıqlardan sonra Xəzərin hüquqi statusu barədə razılığa gələrək Konvensiya imzaladığı bildirilib. Qəbul edilmiş Konvensiyaya əsasən 15 millik zona Xəzəryanı dövlətlərin ərazi suları hesab edilib. Əlavə olaraq 10 millik zonada sərbəst balıqçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ rəsmiləşdirilir və digər dövlətlərin hərbi gəmilərinin Xəzər dənizinə buraxılmamasına dair razılıq əldə olunub. Yazılarda Xəzəryanı dövlətlərin ayrı-ayrılıqda Xəzərin bölgüsü məsələsində sərgilədiyi mövqe və maraqlar nəzərdən keçirilib.
Həmçinin Türkmənistanın öz qazını Azərbaycan ərazisindən keçməklə Avropa bazarına çıxarmaqda maraqlı olduğu vurğulanıb.
Məqalələrdə Rusiya Prezidenti Vladimir Putinin çıxışında Xəzəryanı dövlətləri nəqliyyat, turizm və narkotik vasitələrin qaçaqmalçılığı ilə mübarizə sahələrində qarşılıqlı əməkdaşlığa çağırışı da qeyd olunub.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Üçtərəfli görüşün yekunlarına dair protokol imzalanıb
21.11.2018
Moskvada MDB dövlətləri təhlükəsizlik şuraları katiblərinin VI görüşü keçirilir
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info