Masallıda məhsul yığımı ilə yanaşı sahələrdə yay şumu da aparılır
Tarix: 15.08.2018 | Saat: 14:33:00 | E-mail | Çapa göndər



Masallı rayonunda məhsul yığımının qızgın çağıdır. Fermerlər və məhsul istehsalçıları tarlalardan min bir zəhmətlə yetişdirdikləri badımcan, soğan, pomidor məhsullarını yığırlar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonda məhsul yığımı ilə paralel olaraq sahələrdə yay şumu da aparılır.
Artıq sahələrdən taxıl biçini başa çatıb. Noxud, sarımsaq sahələrinin də məhsulu yığılıb. Fermerlər payız yağışları düşməmiş torpaqları şumlamağı qərara alıblar. Torpaqlar gələn il üçün növbələşir. Bu gün taxıl əkilmiş sahələrdə növbəti il tərəvəz məhsulları yetişdiriləcək. Bu, keçmiş təsərrüfatçıların ənənəsidir.
Məhsul istehsalçısı Ənvər Kərimov bu il əsasən noxud, tərəvəz və sarımsaq yetişdirib. Onun sözlərinə görə, bol məhsulun bünövrəsi yay şumunda qoyulur. Yayda şumlanmış sahələr rahat hamarlanır, narın torpaqda əkin aparmaq də asan olur.
Mexanizatorlar bol məhsul üçün yay şumunu vaxtında başa çatdırmağa səy göstərirlər. Sahələrdə isə hələ məhsulu yığılmamış tarlalar var. Bu sahələr də məhsul yığımı başa çatan kimi şumlanacaq.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info