Naxçıvanda yeddi ayda 248 milyon 423 min kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib
Tarix: 15.08.2018 | Saat: 15:03:00 | E-mail | Çapa göndər



Bu ilin yeddi ayında muxtar respublikanın elektrik stansiyalarında 248 milyon 423 min 589 kilovat-saat elektrik enerjisi istehsal edilərək sistemə ötürülüb. Bu enerjinin 110 milyon 967 min 900 kilovat-saatı və ya 44,7 faizi su, 20 milyon 946 min kilovat-saatı və ya 8,4 faizi günəş, 116 milyon 509 min 689 kilovat-saatı və ya 46,9 faizi istilik elektrik stansiyalarında istehsal olunub. Alternativ və bərpaolunan enerji mənbələrində 131 milyon 913 min 900 kilovat-saat elektrik enerjisi istehsal edilərək sistemə ötürülüb ki, bu da stansiyalar üzrə sistemə ötürülən ümumi enerjinin 53,1 faizini təşkil edir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən kollegiya iclasında xidmətin rəisi Namiq Paşayev bildirib.
İclasda qeyd edilib ki, 2018-ci il avqustun 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Dövlət Energetika Xidmətinə müvafiq tədbirlər görülməsi məqsədilə bir sıra tapşırıqlar verilib. Bu tapşırıqların icrasını həyata keçirmək üçün xidmətin bütün struktur bölmələri lazımi göstərişlərlə təlimatlandırılıb.
Namiq Paşayev deyib: 2018-ci ilin yeddi ayı ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti tərəfindən elektrik stansiyalarında, yüksək və alçaqgərginlikli elektrik verilişi xətlərində, müxtəlifgərginlikli transformator yarımstansiyalarında qrafikə uyğun əsaslı və cari təmir işləri aparılıb. Abonentlərin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması, yaşayış sahələrinin, məktəblərin, sosial obyektlərin, hərbi hissələrin, nasos stansiyaları və artezian quyularının elektrik təchizatı üçün yeni transformator yarımstansiyalarının qoyulması, müxtəlifgərginlikli elektrik verilişi xətlərinin çəkilməsi, Naxçıvan şəhərində və rayon mərkəzlərində mövcud hava elektrik verilişi xətlərinin kabel xətləri ilə əvəzlənməsi istiqamətində kompleks tədbirlər həyata keçirilib. Bundan əlavə, Naxçıvan Modul Elektrik Stansiyasında 5 aqreqat üçün ehtiyat hissələri alınıb, ilin sonunadək həmin aqreqatlarda təmir işlərinin başa çatdırılması nəzərdə tutulub.
Bildirilib ki, xidmətin istismar sahəsinə daxil olan elektrik qurğularında istər nəzərdə tutulan əsaslı təmir işlərinin aparılması, istərsə də baş verə biləcək qəzaların vaxtında aradan qaldırılması məqsədilə xarici ölkələrin firma və şirkətləri ilə bağlanmış müqavilələr əsasında ağac dirəklər, qoruyucusu olan ayırıcılar, AER markalı kabellər və XLPE markalı yüksəkgərginlikli və alçaqgərginlikli kabellər, kabel başlıqları, müxtəlif güclü 10/0,4 kilovoltluq güc transformatorları, alüminium məftillər alınaraq muxtar respublikaya gətirilib.
Kollegiya iclası məruzə ətrafında çıxışlarla davam edib.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Qobustan qəsəbəsinin problemləri həll edilir
23.01.2019
Qazaxda uşaq bağçası əsaslı təmirdən sonra balacaların ixtiyarına verilib
23.01.2019
Gəncədə müasir tipli iki yeni qəsəbə salınacaq
23.01.2019
Nəsimi rayonu 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində ilin yekunları
23.01.2019
Ağstafada 9,3 kilometrlik avtomobil yolu yenidən qurulur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Əli Abdalov Mehman Hüseynovla barışıb
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info