“Böyük Britaniyanın müvafiq qurumları ilə təcrübə mübadilələrinin aparılması önəmli ola bilər”
Tarix: 15.08.2018 | Saat: 16:01:00 | E-mail | Çapa göndər


Azərbaycan və Böyük Britaniya arasında əmək və sosial müdafiə
sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib


Azərbaycan ilə Böyük Britaniyanın müvafiq qurumları arasında əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlıq imkanları mövcuddur və bu sahədə ikitərəfli əlaqələr qurularaq inkişaf etdirilə bilər. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Karol Mari Krofts ilə nazirlikdə keçirdiyi görüşdə bildirib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi strategiyasının mərkəzində insan amilinin, vətəndaş firavanlığının dayandığını vurğulayan nazir ölkəmizdə sosial inkişafın təmin edilməsi istiqamətində ötən dövrdə əldə olunan nailiyyətləri diqqətə çatdırıb. O, Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan islahatlar, icra olunan aktiv əmək bazarı proqramları, dövlət sosial xidmətlərinin “bir pəncərə”dən operativ və tam şəffaf şəkildə göstərilməsi üçün DOST mərkəzlərinin yaradılması yönündə aparılan işlər barədə məlumat verib.
S.Babayev “British Council” tərəfindən icra olunan və BP tərəfindən dəstəklənən “Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı”nın əhəmiyyətini qeyd edib. Nazir bildirib ki, əmək bazarının tənzimlənməsi, qeyri-formal məşğulluğun aradan qaldırılması, əmək, məşğulluq, sosial təminat sahələrində idarəçilik və xidmətlərin avtomatlaşdırılması, bu sahələrdə “bir pəncərə”dən xidmət modelinin tətbiqi, əlilliyi olan şəxslərin reabilitasiyası və əmək bazarına çıxış imkanlarının genişləndirilməsi, əməyin təhlükəsizliyi və s. sahələrdə Böyük Britaniyanın müvafiq qurumları ilə təcrübə mübadilələrinin aparılması önəmli ola bilər. Bu məqsədlə həmin qurumlarla əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması üçün də imkanlar var.
K.M.Krofts Azərbaycanda əmək və sosial müdafiə sisteminin təkmilləşdirilməsi, bu sahədə innovativ yanaşmaların tətbiqi yönündə aparılan işləri maraqla izlədiyini, iki ölkə arasında əməkdaşlığın əmək və sosial müdafiə sahələrini əhatə etməsi üçün onun tərəfindən də səylərin göstəriləcəyini vurğulayıb.
Görüş Azərbaycan və Böyük Britaniyanın müvafiq qurumları arasında əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi ilə davam edib.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info