12 avqust Beynəlxalq Gənclər Gününə həsr olunmuş tədbir keçirilib
Tarix: 15.08.2018 | Saat: 16:03:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Gənclər Fondunun, BMT-nin Uşaq Fondu (UNİCEF) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Gənclər Gününə həsr edilmiş təntənəli tədbir keçirilib.
Tədbirin açılışında BMT-nin baş katibi Antonio Quterreşin və BMT-nin Gənclər üzrə elçisi Cayatma Vikramanayakenin video-təbriki və Beynəlxalq Gənclər Günü devizi altında Bakı şəhərində təşkil edilmiş əyləncəli tədbirlərin qısa video xülasəsi iştirakçılara nümayiş etdirilib.
Rəsmi hissədə çıxış edən Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov gənclərimizin beynəlxalq arenada əldə etdiyi uğurlar və dövlət tərəfindən, xüsusilə də Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində gənclərə təklif edilən dəstək alətləri barədə məlumat verib.
F.Cəfərov öz çıxışında bildirib ki, bu gün Azərbaycan dövləti öz gəncliyi ilə fəxr edir və hazırda ölkə gəncləri daha sürətli inkişafla irəliləyir.
UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Edvard Karvardin gənclərin qlobal səviyyədə üzləşdikləri çətinliklər və BMT-nin bu xüsusda fəaliyyəti, həmçinin Beynəlxalq Gənclər Gününün tarixi barədə məlumat verib.
Tədbirdə, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini və eyni zamanda Gənclər Fondunun Müşahidə Şurasının üzvü Mətin Kərimli, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə və Mili Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidov çıxış edərək gəncləri təbrik ediblər.
Tədbirin ikinci hissəsində müxtəlif dövlət qurumlarının və Fondun əməkdaşlarının iştirakı ilə “Bakıda və regionlarda ictimai məkanlar-gənclərin asudə vaxtının səmərli təşkili” və “Virtual təhlükəsiz məkanlarvə gənclər” mövzuları üzrə panel müzakirələr keçirilib.
Tədbirin davamı olaraq, fəal gənclərin iştirakı ilə Şamaxı rayonunun Pirqulu kəndinə 2 günlük düşərgə təşkil edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info