Astarada turizm əhəmiyyətli avtomobil yolunun inşası başa çatır
Tarix: 15.08.2018 | Saat: 16:05:00 | E-mail | Çapa göndər


Astara rayonunda 11 km olan avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması artıq yekunlaşmaq üzrədir. Bu yerli əhəmiyyətli Ojəkəran-Tüləgüvan-Qaçimardə-Təngərüd avtomobil yoludur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, 4 yaşayış məntəqəsinin 9.3 min əhalisinin Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 226-cı km-nə çıxışına imkan yaradan yerli əhəmiyyətli Ojəkəran-Tüləgüvan-Qaçimardə-Təngərüd avtomobil yolu hazırda IV texniki dərəcəyə uyğun inşa edilir.
Tikinti işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanları, məlumatverici lövhələr, km göstəriciləri və siqnal dirkləri quraşdırılacaq, həmçnin yolcizgi və yolgöstərici xətlər çəkiləcək.
Qeyd edək ki, Ojəkəran-Tüləgüvan-Qaçimardə-Təngərüd avtomobil yolunun yenidən qurulması ilə gediş-gəliş rahatlaşacaq, yük və sərnişin daşıması isə asanlaşacaq. Bundan başqa, yolun keçdiyi ərazilər boyu yerli əhalinin sosial rifah halına müsbət təsir göstərən sitrus meyvələrinin yetişdirilməsinin artması ilə kənd təsərrüfatının, həmçinin turizmin inkişafı və yeni turizm marşrutlarının yaranması da hədəflənir.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
“Bizim həyət”: abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
18.02.2019
Sahil Babayev Sabirabad rayonunda 4 şəhər və rayonun sakinləri ilə görüşəcək
18.02.2019
Yaxın günlərdə Azərbaycanda ilk “DOST” mərkəzi açılacaq
18.02.2019
“ASAN xidmət”in səyyar avtobusunun növbəti dayanacağı Biləsuvar olub
18.02.2019
Bu günədək 3758 şəhid üzrə 5144 vərəsəyə birdəfəlik ödəmə verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info