“Yeniakit.com.tr”: “Xəzər dənizi razılaşması Türkiyəyə xeyir gətirəcək”
Tarix: 15.08.2018 | Saat: 17:31:00 | E-mail | Çapa göndər



Qazaxıstanın Aktau şəhərində keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısı ilə bağlı Türkiyə mediasında davamlı yazılar dərc edilir. “Yeniakit.com.tr” saytında bu gün dərc edilən: “Xəzər dənizi razılaşması Türkiyəyə xeyir gətirəcək” adlı yazı da bu qəbildəndir.
Xəzər Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Bilal Çoban Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiyanın Türkiyəyə bölgədəki neft və təbii qaz tranzitindəki mövqeyini gücləndirmə fürsətini yaratdığını deyib.
12 avqustda Rusiya, İran, Qazaxıstan, Azərbaycan və Türkmənistan dövlət başçıları, Xəzər dənizinin hüquqi statusu ilə əlaqədar təşkil etdikləri "Xəzər beşliyi" zirvəsi toplantısında yekun sənədi imzaladılar. RIA Novosti-yə açıqlamasında Bilal Çoban Xəzərə dair Konvensiyanı tarixi bir razılaşma olaraq qiymətləndirib: "Xəzərdə iqtisadiyyat, nəqliyyat, ətraf mühit, təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq meydana gəlməsi bölgəmiz üçün və dünya üçün gözəl bir inkişaf olacaq. Təxminən 50 milyard barel neft və 9 trilyon kubmetrlik təbii qaz ehtiyatının olduğu təxmin edilən Xəzərə dair bu razılaşma keçid bölgəsi olan Türkiyə üçün çox böyük əhəmiyyət kəsb edir. Bölgəmizdə bu razılaşmanın olması, tərəf ölkələrin Türkiyə ilə əlaqələrini inkişaf etdirməsi və enerji xətlərinin təhlükəsizliyi baxımından çox yaxşı irəliləyişlər doğuracaq".
Xəzər təbii qaz boru xətti layihəsinin- TANAP-ın funksiyasının artıracağını deyən Bilal Çoban bildirib: "Rusiya ilə olan Mavi Axın və Türk Axını layihələri nəticəsində enerji əlaqəmiz sağlam şəkildə davam edir. Eyni zamanda Xəzər dənizi razılaşmaları bölgədə Rusiya və Türkiyənin dost ölkələr olduğunu göstərməkdədir".
Bilal Çoban Xəzər razılaşmasının bölgədəki iqtisadi əlaqələrin artmasına səbəb olması ümidini də dilə gətirib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Valentina Matviyenko: Mehriban xanım çox maraqlı həmsöhbətdir
18.04.2019
14 yaşlı qıza hücum edən şəxs YAP-ın üzvü deyil - RƏSMİ AÇIQLAMA
18.04.2019
Müxalifət nümayəndəsi: “Cəbhəçilər dezinformasiya yaymaqla məşğuldurlar”
18.04.2019
Dini liderlərin Bakı sammiti ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib
18.04.2019
Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info