“Gəmi təmirçiliyi mənim həyat tərzimdir”
Tarix: 15.08.2018 | Saat: 17:38:00 | E-mail | Çapa göndər


25 ildən çoxdur ki, gəmi təmirçisi işləyən Pirəli Qurbanov yorulmadığını, işindən zövq aldığını deyir. O, hər gün işə ilk günki həvəslə başlayır.
Kollektiv arasında böyük hörmət qazanan Pirəli Qurbanov “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun nümunəvi əməkdaşlarındandır.
O, 1964-cü ilinin yanvarında Gürcüstan Respublikasının Marnueli rayonunda anadan olub. Xarkov Politexnik İnstitutunda, daha sonra Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alıb. Əmək fəaliyyətinə 1992-ci ildə fəhləlikdən başlayıb, 6 il fəhlə kimi çalışdıqdan sonra zəhmətkeşliyi hesabına usta vəzifəsinə təyin olunub:
“Mexaniki-təmir bölməsində çalışıram. Əsasən korroziyaya uğramış, köhnə boruların yenilənməsi ilə məşğuluq. İstismar müddətini başa vurmuş xətləri təzələri ilə əvəzləyirik. Olduqca məsuliyyətli işdir.”
Təcrübəli gəmi təmirçisi deyir ki, insanı ucaldan onun zəhmətidir. Bir gün belə işə həvəssiz gəldiyini xatırlamır:
“Gərək, insan öz işi ilə fəxr etsin. Məndə fəxrdən də artıqdır. Qürur duyuram ki, özümə belə bir peşə seçmişəm”.
Pirəli Qurbanov bu il “Dənizçi Günü” ərəfəsində Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb. Bunu karyerasının ən yüksək mükafatı hesab edir:
“Bu mükafatı 25 illik zəhmətimin rəsmi səviyyədə qiymətlədirilməsi kimi qəbul edirəm. Gəmi təmirçiliyi mənim həyat tərzimdir, bu peşəni çox sevirəm. Həmişə də vicdanlı, peşəkar olmağa çalışmışam. Bu etimad mənim daha da məsuliyyətli olmağıma, işimi daha çox sevməyimə səbəb olacaq. Daha həvəslə işləyib, daha məhsuldar olmağa çalışacam. Prezidentimiz cənab İlham Əliyevə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyevə, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun direktoru Rəfail Mikayılova mənə göstərdiyi dəstəyə görə təşəkkür edirəm”.





 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info