İlahiyyat İnstitutu və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi birgə layihəyə start verib
Tarix: 15.08.2018 | Saat: 18:34:00 | E-mail | Çapa göndər


Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış ilahiyyat üzrə ixtisaslaşmış ali təhsil müəssisəsidir. İnstitutun yaradılmasının əsas məqsədi Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların və mütəxəssislərin hazırlanmasını təmin etməkdən ibarətdir. Bu məqsədlə İnstitut fəaliyyətə başladığı gündən etibarən müxtəlif seminarlar, dəyirmi masalar keçirir.
Azərbaycanda fəaliyyət göstərən hökumət və qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın qurulması Azərbaycan İlahiyyat İnstitutunun qarşısına qoyduğu prioritet istiqamətlərindən biridir. Bu məqsədlə İnstitut Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə birgə Ümummilli Liderimiz Heydər Əliyevin 95 illiyinə həsr olunan layihəyə start verib. Layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının “1905.az” internet portalının bazasında keçiriləcək. Bununla bağlı “Heydər Əliyev və multikultural dəyərlər”, “Heydər Əliyev və dövlət-din münasibətləri”, “Heydər Əliyev və milli-mənəvi dəyərlərin qorunması”, “Dini radikalizmin səbəbləri və doğurduğu nəticələr”, “Milli kimliyimizin formalaşmasında dini dəyərlərin rolu”, “Tolerantlığın Azərbaycan modeli” və s. mövzularda silsilə diskussiyaların aparılması nəzərdə tutulub. Diskusiyalarda ölkəmizin tanınmış ilahiyyatçılarının, fəlsəfəçilərinin və jurnalistlərinin iştirakı nəzərdə tutulub. Layihə başa çatdıqdan sonra diskussiyaların stenoqramı əsasında kitabın nəşr edilməsi planlaşdırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
İki marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilib
18.04.2019
Səbaildə avtomobil yollarının yenidən qurulmasına 2,45 milyon manat ayrılıb
18.04.2019
Yanvar-fevral ayları ərzində Azərbaycanda 8237 nikah qeydə alınıb
18.04.2019
Hacıqabul Sənaye Məhəlləsində avtobus istehsalı zavodunun təməli qoyulacaq
18.04.2019
“Maaşlar və pensiyalar bundan sonra da qaldırılacaq”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info