“Məqsədimiz beynəlxalq arenada mədəniyyətimizi layiqli şəkildə təmsil etməkdir”
Tarix: 16.08.2018 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


Aqil Cəfərov: “Biz beynəlxalq, о cümlədən Rusiya festivallarının qalibiyik”

Azərbaycan mədəniyyətinin xaricdə təbliği diasporumuz üçün hər zaman prioritetdir. Rusiyanın Krasnoyarsk şəhərində fəaliyyət göstərən “Odlar yurdu” rəqs ansamblı da məhz bu missiyanı həyata keçirir. Ansamblın bədii rəhbəri Aqil Cəfərov qəzetimizə müsahibəsində perspektiv fəaliyyətləri haqqında ətraflı danışdı.
-Öncə özünüzü oxucularımıza tanıtmağınızı istərdik...
-Mən, Cəfərov Aqil Qasım oğlu 16 aprel 1991-ci ildə Rusiyanın Krasnoyarsk şəhərində anadan olmuşam. Uşaq yaşlarımdan anam məni rəqsə və karate idman növünə doğru yönəldib. İdman sahəsində bir çox uğurlar əldə etmişəm. Karate üzrə Rusiya çempionu, Rusiya kubokunun, eləcə də birinci dərəcəli qara kəmərin sahibi və karate üzrə idman ustası olmağım bu uğurlarımın bariz nümunəsidir. Vaxtilə Rusiya milli karate yığmasının üzvü olmuşam.
Rəqs fəaliyyətimə də, həmçinin uşaq yaşlarımdan başlamışam. Beş-altı yaşlarımdan rəqs edirəm.
Bundan əlavə, mən peşəkar səviyyədə KVN-lə məşğul oluram. “Odlar yurdu” ansamblı ilə eyniadlı olan KVN komandamız rus dilinə tərcümədə “Strana Oqney” adını daşıyır. Ansamblla yanaşı, KVN komandamızın da bir sıra uğurları var. Məsələn, Krasnoyarsk diyarının çempionu, həmçinin beynəlxalq və KVN-də ən nüfuzlu liqa olan “KVN Asiya” liqasının iştirakçısıyıq. Bununla yanaşı, biz Qazaxıstanda keçirilən, Aleksandr Maslyakov Mladşiyın apardığı ali liqanın iştirakçısı olmuşuq. Bundan əlavə, Krasnoyarsk diyarı Azərbaycan gənclərinin sədri vəzifəsini daşımışam, amma bugünkü gün gənclərlə iş üzrə sədrin millət vəkili rolunda çıxış edirəm.
-Uzaq Sibirdə Azərbaycan incəsənətini tanıtmaq nə dərəcədə asandır?
-2000-ci ildə Azərbaycan muxtariyyəti bizim rəqs kollektivini miqyaslı şəkildə təşkil olunmuş Novruz bayramı tədbirinə dəvət etmişdi. Tədbirə, həmçinin Azərbaycandan xoreoqraf Elxan Əliyev dəvət edilmişdi. O bizə bir sıra rəqslər təyin etdi. Sözün əsl mənasında, o gündən etibarən mənim Azərbaycan mədəniyyəti, Azərbaycan rəqsləri ilə tanışlığım başladı.
2007-ci ildə Səadət Qarayeva və Ələkbər Qarayevin təşəbbüsü ilə Krasnoyarskda “Odlar Yurdu” ansamblının əsası qoyuldu. Mən ansambla dəvət olundum. Əvvəl rəqqas kimi, daha sonra isə solist kimi öz fəaliyyətimə başladım. İndi isə mən “Odlar Yurdu” ansamblının həm xoreoqrafı, həm də başçısı kimi fəaliyyət göstərirəm.
Biz beynəlxalq və bütün Rusiya festivallarının qalibiyik. Artıq 12 il fəaliyyətimiz ərzində, demək olar ki, Rusiyanın hər yerində çıxış etmişik. Üç dəfə Türkiyə Respublikasında genişmiqyaslı festivala qatılmış və Azərbaycan ilə Rusiyanı təmsil edərək qalib olmuşuq. Həmçinin Tailandda bir çox vilayətlərdə keçirilən festivalların iştirakçısı olmuşuq.
Bugünkü gün ansambl iştirakçılarının sayı 3 yaşdan etibarən 100-dən çoxdur. Əsas iş məqsədimiz Azərbaycan mədəniyyətinin, adət-ənənələrinin, tarixinin Krasnoyarsk şəhərində, Krasnoyarsk diyarında, Rusiyada və həmçinin ölkə xaricində tanıtmaqdır.
Biz Azərbaycan mədəniyyətinin inkişafı üzrə aktiv fəaliyyət göstərir, Azərbaycana həsr olunan bir sıra: “Nar bayramı”, “Uşaq Novruz bayramı”, “Azərbaycan mədəniyyəti günü”, “Doğma dil günü” və s. tədbirlər keçiririk.
-Diasporumuzla əməkdaşlıq edirsinizmi?
-Bəli, təbii ki, biz Azərbaycan diasporu ilə əməkdaşlıq edirik. Azərbaycanın Krasnoyarsk diyarındakı diasporu bizə dəfələrlə beynəlxalq festival səfərlərində köməklik göstərmişdir. Misal olaraq, Türkiyənin İstanbul, Ankara və Amasya şəhərlərindəki, Tailandın Bankok şəhərində və bir çox vilayətlərində keçirilən festivalları göstərmək olar. Təbii ki, biz muxtariyyətimizlə birgə aktiv işlər görür və əməkdaşlıq edirik.
Bugünkü gün bizim məqsədimiz “Odlar Yurdu” ansamblına Əməkdar adını qazandırmaqdır. Hamıya məlum olduğu kimi, Krasnoyarsk şəhər ansamblı olan “Odlar Yurdu” ansamblı Azərbaycanın xaricində iki ansambldan biridir ki, rəsmi şəkildə “Xalq” adını daşıyır. Hər üç ildən bir bu ad yeni rəqslərin təyin olunması və ansamblın fəaliyyəti haqqında hesabatın təqdim edilməsi yolu ilə təsdiq edilir. Hesabata nümunə olaraq, beynəlxalq festivallar və konkurslar haqqında verilən diplomu, ümumşəhər, ümumrusiya və beynəlxalq festival və tədbirlərdə olan iştirakı deyə bilərik.
-Perspektivdə hansı layihələr həyata keçirməyi düşünürsünüz?
- Planımızda var ki, tarixi vətənimizdə konsert verək. Çünki ansambl artıq, demək olar ki, bütün Rusiyanı səyahət edib, Tailandda, Türkiyənin İstanbul, Ankara, Amasya kimi şəhərlərində olub, amma təəssüflər olsun ki, hələ öz doğma Vətənimizdə olmayıb. Biz Azərbaycana genişmiqyaslı proqramla gəlmək istəyirik ki, bizim həmyerlilərimiz azərbaycanlı uşaqların, azərbaycanlı gənclərin uzaq Sibirdə necə çalışdıqlarına, öz mədəniyyətini, folklorunu necə dəstəklədiklərinə şahid olsunlar, görsünlər ki, biz 5000 km Vətəndən uzaqda yaşamağımıza baxmayaraq, mədəniyyətimizi unutmamışıq. Məqsədlər və perspektivlərdən çox danışmaq olar, ən əsası odur ki, nəinki Rusiyada, hətta beynəlxalq arenada öz mədəniyyətimizi layiqli şəkildə təmsil etməyə davam edək, hansı ki, bu, çox vacib amillərdən sayılır.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info