“İlin sonunadək 5 ölkədə ticarət və şərab evi açılacaq”
Tarix: 16.08.2018 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


Xarici ölkələrdə Azərbaycanın ticarət evlərinin fəaliyyətinə dair müzakirələr aparılıb. Azərbaycan məhsullarının ixracının genişləndirilməsi və “Made in Azerbaijan” brendinin xarici bazarlarda tanıdılması məqsədilə ticarət evlərinin açılması əhəmiyyətli tədbirlərdəndir. İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə avqustun 15-də keçirilən İxracatçılar Klubunun növbəti iclası da məhz Azərbaycanın xarici ölkələrdəki ticarət evlərinin yaradılmasına və fəaliyyətinə həsr olunub. Tədbirdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən istehsalçı şirkətlərin 150-ə yaxın nümayəndəsi iştirak edib.
İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, məhsullarımızın ixracının dəstəklənməsi, ixracın həcminin və coğrafiyasının genişləndirilməsi, "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə artıq 3 ölkədə - Belarus, Latviya və Ukraynada Azərbaycan Ticarət Evi fəaliyyət göstərir. Azərbaycanın ilk ticarət evi 2017-ci ildə Belarusda açılıb. Ukrayna və Latviyadakı ticarət evləri isə bu il fəaliyyətə başlayıb. Ticarət evlərində Azərbaycan şirkətlərinin istehsal etdiyi müxtəlif növ məhsulların daimi sərgisi fəaliyyət göstərir. Bu sərgilərdə şərab və konyak, meyvə şirələri, kompotlar, mineral sular, tərəvəz, mürəbbələr, turşular, konservlər, bitki yağları, çay, xalça, tekstil, ipək və kosmetika malları, elektrik avadanlıqları, plastik məmulatlar və sair nümayiş olunur. Bu ilin sonunadək isə Birləşmiş Ərəb Əmirlikləri, Polşa, Çin, Qazaxıstan və Rusiyada Azərbaycanın ticarət və şərab evlərinin açılması nəzərdə tutulur.
R.Məmmədov iş adamlarını Azərbaycanın xarici ölkələrdəki ticarət evlərində yaradılmış imkanlardan faydalanmağa və səmərəli əməkdaşlığa dəvət edib, bunun müvafiq ölkələrə ixracın artırılmasında əhəmiyyətini vurğulayıb.
Rüfət Məmmədov deyib ki, Azərbaycan iyul ayının sonuna olan vəziyyətə əsasən qeyri-neft ixracını 14 faiz artırıb. O bildirib ki, ölkənin qeyri-neft ixracı bu ilin yanvar-iyul aylarında 2017-ci ilin eyni dövrü ilə müqayisədə 14 faiz artıb: “Bundan başqa, Azərbaycan məhsulunun ixrac coğrafiyası da genişlənir. Azərbaycanın böyük ixrac potensialı var. Əldə olunan nəticələr göstərir ki, görülən işlər səmərə verir. İnanıram ki, bu dinamika ilin sonunadək davam edəcək”.
İclasda Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində reallaşdırılan tədbirlər, iqtisadiyyatın şaxələndirilməsi, "Made in Azerbaijan" brendinin təşviqi və bu məqsədlə tətbiq olunan mexanizmlər, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində görülən işlər barədə də məlumat verilib.
Sonda ticarət evlərinin fəaliyyətinə dair sahibkarları maraqlandıran suallar cavablandırılıb.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycan Fransaya etiraz notası verib
17.11.2018
Prezident İlham Əliyev Oman Sultanını təbrik edib
17.11.2018
Fransa XİN: Rəsmi Paris özünü respublika elan etmiş Dağlıq Qarabağı tanımır
17.11.2018
İğdırda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub
17.11.2018
Ermənistan silahlı qüvvələri atəşkəsi 30 dəfə pozub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info