Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi AQSİA ilə əməkdaşlıq edəcək
Tarix: 16.08.2018 | Saat: 17:26:00 | E-mail | Çapa göndər


Azərbaycan Qadın Sahibkarlarının İnkişafı Assosiasiyası (AQSİA) üzvləri, departament rəhbərləri ilə növbəti planlama görüşünü keçirib. Görüş zamanı çıxış edən AQSİA-nın sədri Səkinə Babayeva belə bir assosiasiyanın yaradılması zərurəti sahibkar qadınların dövlət başçısının və dövlət qurumlarının nümayəndələri ilə görüşləri zamanı yaranan suallardan irəli gəldi. Bu qənaətə gəldik ki, iqtisadiyyatın və sahibkarlığın inkişaf etdirilməsi üçün belə bir assosiasiyanın yaradılması vacibdir. İqtisadiyyat Nazirliyi, eyni zamanda, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dəstək alandan sonra bu qurum yaradıldı. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsindən irəli gələn tapşırıqlara əsasən qadın sahibkarların fəaliyyətinin daha da genişləndirilməsi baxımından düşünürəm ki, bu assosiasiyanın böyük rolu olacaq.
Daha sonra AQSİA-ya üzvü olan bir sıra təşkilatlarla əməkdaşlıq haqqında memorandum imzalanıb. Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi ilə əməkdaşlıq haqqında memorandum imzalanıb. Birliyin sədri Təranə Məmmədova bu sənədin hər iki təşkilat üçün əhəmiyyətli olacağını vurğulayıb. Natiq qeyd edib ki, cəmiyyətimizdə hər zaman aktiv olan qadınlar AQSİA-nın bütün işlərində fəal olacaqlar.
Sonra görüş qarşılıqlı fikir mübadiləsi ilə davam edib. AQSİA-nın üzvləri yeni layihələri müzakirə ediblər.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info