Ali məktəblərə plan yerlərinin 11 faizi boş qalıb
Tarix: 17.08.2018 | Saat: 00:35:00 | E-mail | Çapa göndər



Ali məktəblərə bakalavriat səviyyəsi üzrə yerləşdirmənin birinci mərhələsində plan yerlərinin 5074-i, yəni 11 faiz yer boş qalıb.
Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

M.Abbaszadənin sözlərinə görə, vakant yerlərə qəbul üçün elan bu gün veriləcək. Vakant yerlər üçün sənəd qəbulu bu gündən başlayaraq avqustun 20-dək aparılacaq.
Direktorlar Şurasının sədri qeyd edib ki, vakant yerlərin 3255-i dövlət ali məktəblərində, xüsusilə regionlardakı ali məktəblərdə, 1819-u özəl ali məktəblərdədir. Bütün aparıcı ali məktəblərdə qəbul olma faizi 90 faizdən çoxdur. 1-ci qrupda 1693, 2-ci qrupda 2611, 3-cü qrupda 248, 4-cü qrupda 122, 5-ci qrupda isə 400 yer boş qalıb.
M.Abbaszadə bildirib ki, 1-ci qrupda 540-dan çox bal toplayan heç bir abituriyent kənarda qalmayıb. 2-ci qrupda 490-dan yuxarı bal toplayanların, 3-cü qrupda 550-dən çox, 4-cü qrupda isə 610-dan yuxarı bal toplayanların hamısı ali məktəbə qəbul olub.




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
“Qanın milliyyəti yoxdur”
18.04.2019
Yeni turizm mövsümü başlayır: Bu ilin üç ayında Azərbaycana 157 ölkədən ziyarətçi gəlib
18.04.2019
“Bakcell” Formula 1 Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu
18.04.2019
Ad günün mübarək, şəhidim!
18.04.2019
Yanğından zərər çəkmiş sahibkarlara dəstək: 345 sahibkar mallarını ticarət mərkəzindən çıxarıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info