Areta Franklin vəfat etdi
Tarix: 17.08.2018 | Saat: 05:15:00 | E-mail | Çapa göndər


Müğənni Areta Franklin 76 yaşında dünyasını dəyişib.
Oxu.az xəbər verir ki, o, Detroydda (ABŞ) öz evində vəfat edib.
2008-ci ildə "Rolling Stone" jurnalı onu tarixin ən böyük müğənnisi adlandırmışdı.
Avqustun 13-də kinokritik Rocer Fridman müğənninin ölüm ayağında olduğunu elan etmişdi. Onun sözlərinə görə, 76 yaşlı “soul kraliçası” ciddi xəstə olub.
2010-cu ildə Franklində xərçəng tapılıb. Müğənninin sonuncu çıxışı 2017-ci ildə baş verib.
Areta Franklin adı Rok-n-rollun şərəf zalında peyda olan ilk qadın müğənnidir. O, ritm-end-blüz, soul və hospel üslubunda mahnılar oxuyub. Franklinin populyarlığının zirvəsi 1960-cı illərin ikinci yarısına təsadüf edib.
Güclü vokalına görə Areta Franklin Soulun kraliçası adını daşıyıb. Onun sonuncu studiya albomu - Aretha Franklin Sings the Great Diva Classics 2014-cü ildə təqdim olunub. 2017-ci ildə müğənni karyerasını bitirdiyini elan etmişdi.




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Bakıda 51 yaşlı qadın itkin düşdü
18.04.2019
Portuqaliyada turist avtobusu qəzaya uğrayıb: azı 28 nəfər ölüb
17.04.2019
“Azərbaycan Dəmir Yolları“ QSC-nin maşinisti teplovozdan yıxılıb öldü
17.04.2019
Venesuelada 60-a yaxın məhbus həbsxanadan qaçıb
17.04.2019
Yasamal rayonunda binada yanğın olub: sakinlər təxliyyə olunub

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info