Daşkənddəki universitetlərə Azərbaycanla bağlı kitablar hədiyyə edilib
Tarix: 17.08.2018 | Saat: 15:12:00 | E-mail | Çapa göndər




“Azərbaycan tarixi, mədəniyyəti hər bir ölkədə” layihəsi çərçivəsində Mirzə Uluqbek adına Özbəkistan Milli Universiteti və Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin kitabxanalarına Azərbaycanla bağlı zəngin kitab kolleksiyası hədiyyə edilib.

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən AZƏRTAC- a verilən məlumata görə, kolleksiyaya Hüseynbala Mirələmov və Viktor Andriyanovun Daşkənddə özbək dilində çap edilən “Haydar Aliyev”, yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundovanın özbək dilində çap olunan “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” (“İlhom Aliyev. “Ozgarishlar jarayonidagi Prezident tasviri”) kitabları, professor Əli Həsənovun “Geosiyasət”, “Azərbaycanlılara qarşı etnik təmizləmə və milli qırğın siyasəti, Xocalı faciəsi”, özbək tarixçisi Şuxrat Salamovun “Türkistan və Cənubi Qafqaz: Daşnaklar Fərqanədən Qarabağadək”, “Qarabağ: İdeyalar müharibəsi”, özbək yazıçı Abdulvali Saybnazarovun “Xocalıda ölən insanlıq”, Nizami Gəncəvinin “Xəmsə”, “Sirlər xəzinəsi”, Leyli və Məcnun”, “İskəndərnamə”nin “İqbalnamə” hissəsi, Məhəmməd Füzulinin “Qəlb gövhəri”, Daşkənddə özbək dilində çap olunan Azərbaycan ədəbiyyatı antologiyaları, Bəxtiyar Vahabzadə, Anar, Yunus Oğuz, Sona Vəliyeva, Pərvinin kitabları, habelə “Azərbaycanın mədəni irsi”, “Azərbaycan mədəniyyəti qardaş Özbəkistanda” və s. nəşrlər daxildir.
Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə son 5 ildə ölkəmizə dair özbək dilində çoxsaylı nəşrlər Daşkənddə işıq üzü görüb.
Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun məlumatına görə, Azərbaycandan müxtəlif qurumlarından, xüsusi ilə də Mədəniyyət Nazirliyindən Mədəniyyət Mərkəzinə göndərilən Azərbaycanın dövlətçilik ənənələri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, Azərbaycanın multikulturalizm ənənələri, mədəni irsimiz, ermənilər tərəfdən dağıdılan mədəniyyət abidələrimiz, Azərbaycanın turizm ehtiyatlarına dair nəşrlər də kolleksiyaya əlavə edilir.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
İsveçrə portalı 20 Yanvar hadisələrinə həsr olunmuş məqalə yayıb
16.01.2019
Son onilliklərdə Azərbaycanda ən yüksək əhali artımı Abşeron iqtisadi rayonunda baş verib
15.01.2019
“ASAN“ konsulluq xidmətləri göstərəcək
15.01.2019
Fevralın 1-dən “Azəriqaz” tərəfindən sayğaclara profilaktik baxış keçiriləcək
15.01.2019
Korrupsiya ilə bağlı cinayət işləri üzrə 87 milyon manat maddi ziyanın ödənilməsi təmin edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info