Bu gün İspaniya La Liqasının 78-ci mövsümü start götürəcək
Tarix: 17.08.2018 | Saat: 18:43:00 | E-mail | Çapa göndər



Avqustun 17-də İspaniya La Liqasının sayca 78-ci mövsümü start götürəcək.

AZƏRTAC xəbər verir ki, beş günü əhatə edəcək birinci turun ilk oyununda “Jirona” və “Valyadolid” komandaları üz-üzə gələcəklər. Birinci turun böyük maraqla gözlənilən görüşü avqustun 20-də “Valensiya” ilə “Atletiko Madrid” klubları arasında oynanılacaq.
Avqustun 18-də “Real Betis” - “Levante”, “Selta Viqo” - “Espanyol” və “Vilyarreal” – “Real Soyedad” qarşılaşmaları keçiriləcək. Sonuncu çempion “Barselona” avqustun 19-da doğma meydanda – “Kamp Nou”da “Deportivo”nu qəbul edəcək. Həmin gün əlavə iki oyun keçiriləcək. “Eybar” doğma meydanda “Hueska”nı, “Rayo Valekano” isə Sevilya” komandasını sınağa çəkəcək.
Avqustun 20-də “Real Madrid” - “Xetafe” və “Valensiya” - “Atletiko Madrid” görüşləri oynanılacaq. La Liqanın birinci turunun sonuncu görüşündə “Atletik Bilbao” və “Leqanes” komandaları üz-üzə gələcəklər.
İspaniya La Liqasının 2018-2019-cu il mövsümünə gələn il mayın 19-da yekun vurulacaq.
La Liqa 1928-ci ildə təşkil olunub. İspaniya Milli Futbol Liqasının təşkil edilməsi ilk dəfə 1923-cü il aprelin 19-da “Arenas” klubunun direktoru Xose Mariya Axa tərəfindən Kral Futbol Federasiyasına (RFEF) təklif olunub. Uzun sürən danışıqlardan sonra RFEF rəhbərliyi milli çempionatda iştirak edəcək ilk on komandanı müəyyənləşdirib. İlk La Liqanın iştirakçıları “Barselona”, “Real Madrid”, “Atletiko Bilbao”, “Real Sosiedad”, “Arenas”, “Real Union”, “Espanyol”, “Rasinq”, “Atletiko Madrid” və “Santander” klubları olublar.
La Liqanın ilk çempionu “Barselona” olub. İspaniya La Liqasının qalibi adını ən çox qazanan klub paytaxt təmsilçisi “Real Madrid”dir. Madridlilər 33 dəfə çempionluq sevinci yaşayıblar. “Barselona” isə 25 dəfə ölkə çempionu adına layiq görülüb. Paytaxtın digər təmsilçisi “Atletiko Madrid” 9, “Atletik Bilbao” isə 8 dəfə ən güclü olmağı bacarıb. “Atletik Bilbao” və “Barselona” hərəyə 5 dəfə həm İspaniya çempionluğunu, həm də ölkə kubokunu qazanıblar. “Barselona” İspaniyada yeganə komandadır ki, bir mövsümdə (2011-2012) “qızıl het-trik” edərək ölkə çempionatının, İspaniya Kral Kuboku turnirinin və UEFA Çempionlar Liqasının qalibi olub. Hazırda İspaniya çempionatlarında “Barselona” və “Real Madrid” hegemonluq etsələr də, 1930-1940-cı illərdə ölkənin ən güclü klubu “Atletik Bilbao” hesab olunurdu.
La Liqa tarixində yalnız “Real Madrid” və “Barselona” klubları bir çempionatda 100 xal toplaya bilib. Bir çempionatda ən az xal toplayan klublar isə “Loqrones” və “Sportinq Xixon” olub. Bu komandalar müxtəlif illərdə çempionatı 13 xalla başa vurub. “Real Madrid” və “Barselona” çempionatda ən az - cəmi 1 dəfə məğlubiyyətlə üzləşiblər. İspaniya çempionatında bir mövsümdə ən çox qol vuran və ən az top buraxan komanda “Real Madrid”dir - 121 və 15 qol. Ən az qol vuran komanda “Loqrones” (15), ən çox top buraxan komanda isə “Lerida” (134) olub.
Ölkə çempionatları tarixində ən çox çempion olmuş futbolçu “Real Madrid” klubunun hücumçusu Fransisko Xentodur. O, 1953-1971-ci illərdə 12 dəfə ölkə çempionu adını qazanıb. La Liqada ən çox oyun keçirən futbolçu Andoni Subizarettadır. Əfsanəvi qapıçı 622 oyunda iştirak edib. Eysebio Sakritan 543, “Real”ın əfsanəsi Raul Qonzales 522 oyun keçiriblər. İspaniya çempionatında debüt edən ən gənc futbolçu Fransisko Rodriqes olub. 1939-cu ildə “Sevilya” komandası 15 yaşlı Rodriqesi meydana buraxıb. Çempionatında oynamış ən yaşlı futbolçu isə Amadeo Karboni olub. İtaliyalı legioner 40 yaşında meydana çıxıb. La Liqada qol vurmuş ən gənc futbolçu İker Munyandır. “Atletik Bilbao”nun hücumçusu 2009-cu ildə 16 yaşında olarkən “Real Valyadolid”in qapısına yol tapmağı bacarıb.
İspaniya La Liqasında ən çox qol vuran futbolçu Lionel Messidir. “Barselona” klubunun əfsanəsi 383 dəfə fərqlənib. İkinci yerdə onun rəqibi, portuqaliyalı Kriştiano Ronaldo qərarlaşıb. Onun aktivində 311 qol var. “Atletik Bilbao”nun məşhur hücumçusu Telmo Sara 251 qolla üçüncüdür. “Real Madrid” klubunun digər iki əfsanəsi - Uqo Sancez (234 qol) dördüncü, Raul Qonsalez (228 qol) isə beşinci yerlərdə qərarlaşıblar.
La Liqada qalib komandalara təqdim olunan kubok və medallardan əlavə bir neçə fərdi mükafat da mövcuddur. Bunlardan ən əsası - “Pichichi Trophy” çempionatda ən çox qol vuran oyunçuya, “Zamora Trophy” isə mövsümün ən yaxşı qapıçısına verilir. “Pichichi Trophy”ni bu vaxtadək ən çox qazanan oyunçu “Atletik Bilbao”nun futbolçusu Telmo Sarra olub. O, bu titula 6 dəfə layiq görülüb. Lionel Messi, Uqo Sancez, Alfredo Di Stefano (“Real Madrid”, “Espanyol”) və Enrike De Kasto Qonsales (“Sportinq Xixon”) hərəyə beş dəfə bu nominasiyada qalib elan ediliblər.
“Real Madrid” klubunun əfsanəvi qapıçısının adını daşıyan “Zamora Trophy” 1945-ci ildən etibarən ən yaxşı qolkiperlərə təqdim olunur. Bu titula ən çox sahib olan Antoni Ramalets (“Real Madrid”) və Viktor Valdesdir (“Barselona”). Onlar beş dəfə bu titula yiyələniblər.
Qeyd edək ki, İspaniyada La Liqadan əlavə yeddi divizion mövcuddur.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
“Qarabağ” “Qəbələ”yə böyük hesabla qalib gəlib
23.09.2018
“Qalatasaray” ikinci dəfə böyük hesabla məğlubiyyətə uğrayıb
23.09.2018
Azərbaycan Premyer Liqası: “Sumqayıt” səfərdə “Keşlə”ni məğlub edib
23.09.2018
Dünya çempionatının dördüncü günündə yeddi ölkənin cüdoçuları fəxri kürsüyə qalxıblar
23.09.2018
Kifayət qədər yaxşı oyun nümayiş etdirdik

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info