Vardan Bostanjyan: “Ermənistanda iqtisadi siyasət yoxdur”
Tarix: 17.08.2018 | Saat: 22:57:00 | E-mail | Çapa göndər



Ermənistan parlamentinin sabiq deputatı Vardan Bostanjyan ölkədə iqtisadi siyasətin mövcud olmadığı üçün, yeni hökumətin 100 günlük fəaliyyətini qiymətləndirməkdə çətinlik çəkdiyini bildirib.

Erməni iqtisadçı “Aysor” saytına danışarkən deyib: “Əgər iqtisadiyyatı dərk edən hər hansı bir kəsdən Paşinyanın 100 günlük hakimiyyəti dövründə iqtisadiyyatda fərqli bir şeyin olub-olmadığını soruşsaq, təbii ki, “yox” cavabını verəcək. İlk növbədə qeyd etmək lazımdır ki, Ermənistanda qiymətlərin artması müşahidə olunur ki, bu da aşağı gəlirli əhalinin seqmentlərinə təsir göstərir. Bu gün ölkədəki adi bir qiymətartımı belə, əhalinin yaşayış şəraitini çətinləşdirir. Yeni hökumətin həyata keçirdiyi iqtisadi siyasətə gəldikdə isə, demək olar ki, bu gün ölkədə heç bir iqtisadi siyasətdən danışıla bilməz”.
Bostanjyana görə, hökumət, ehtimal ki, iqtisadi sahədə fəaliyyət göstərməyə cəhd edəcək. Ancaq hazırda iqtisadi siyasətimizin hansı istiqamətdə gedəcəyini aydın şəkildə bilmirik. Bunu yeni hakimiyyətdə təmsil olunan iqtisadçılar da etiraf edirlər: “İqtisadi inkişaf, iş yerlərinin yaradılması, gəlirlərin mövcudluğu kiçik və orta sahibkarlığın inkişafı deməkdir və hazırda bu məsələləri həll etmək üçün Ermənistanda heç bir tədbir görülmür. Hökumət səlahiyyətlilərinin bəhs etdiyi böyük miqyaslı investisiyalar isə hələ də xəyal olaraq qalır. Unutmaq lazım deyil ki, iqtisadi inkişaf üçün investisiyalar çox vacibdir. İnvestorlar sərmayə qoyacaqları ölkədən daha çox koordinasiya tələb edirlər. Təmtəraqlı ifadələrlə ölkəyə investisiya cəlb edə bilməzsən. İnvestorlar investisiyalardan əvvəl sərmayə edilmiş maliyyə qaynaqlarını, bütün investisiyaları geri ala biləcəklərinə əmin olmalıdırlar. Ancaq Ermənistanda belə perspektivlər dumanlı, qeyri-müəyyən görünür”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info