Maryan Şarets Sloveniyanın baş naziri seçilib
Tarix: 18.08.2018 | Saat: 01:09:00 | E-mail | Çapa göndər



Sloveniya parlamenti regional siyasətçi Maryan Şaretsi ölkənin baş naziri vəzifəsinə seçib.
AZƏRTAC xəbər verir ki, beş partiyadan ibarət koalisiyaya rəhbərlik edən və əlavə olaraq solçuların dəstəyini qazanan siyasətçiyə parlamentin 55 üzvü səs verib. Gizli səsvermədə parlamentin bütün üzvləri - 90 parlamentari iştirak edib. Bununla da 40 yaşlı M.Şarets ən gənc baş nazir kimi Sloveniya tarixinə düşüb.
M. Şarets hökumət rəhbərliyinə seçilsə də, koalisiyaya daxil olan parlamentlər nazirliklər üzrə bölgü və nazir postlarına namizədlər barədə hələlik qərar verməyiblər. Sentyabrın 3-dək M.Şarets parlamentə nazir vəzifəsinə namizədlərin siyahısını təqdim etməli, sentyabrın 5-7-də isə parlamentdə həmin namizədlərin dinlənilməsi keçirilməlidir. Hökumətin tərkibi isə sentyabrın 11-14-də təsdiqlənməlidir.
Qeyd edək ki, iyun ayında Sloveniyada keçirilmiş parlament seçkilərində keçmiş baş nazir Yaneş Yanşanın rəhbərlik etdiyi mühafizəkar Sloveniya Demokratik Partiyası (SDS) qələbə qazansa da, koalisiya danışıqlarında özünə tərəfdaş tapa bilməyib. Beş partiyadan ibarət koalisiya yaradan M. Şarets isə bu vəzifənin öhdəsindən gələrək, parlamentdən yeni hökuməti təşkil etmək səlahiyyətini əldə edib.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
İsveçrə portalı 20 Yanvar hadisələrinə həsr olunmuş məqalə yayıb
16.01.2019
Son onilliklərdə Azərbaycanda ən yüksək əhali artımı Abşeron iqtisadi rayonunda baş verib
15.01.2019
“ASAN“ konsulluq xidmətləri göstərəcək
15.01.2019
Fevralın 1-dən “Azəriqaz” tərəfindən sayğaclara profilaktik baxış keçiriləcək
15.01.2019
Korrupsiya ilə bağlı cinayət işləri üzrə 87 milyon manat maddi ziyanın ödənilməsi təmin edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info