ABŞ-ın populyar radio-şousunun efirində Dağlıq Qarabağ münaqişəsindən bəhs olunub
Tarix: 18.08.2018 | Saat: 01:19:00 | E-mail | Çapa göndər



Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarının məşhur və geniş auditoriyaya malik olan “Con Batçelor Şou” radioverilişinin aparıcısı Con Batçelor Azərbaycanda səfərdə olub və ölkəmiz haqqında yeddi müxtəlif səpkili veriliş hazırlayıb.
AZƏRTAC xəbər verir ki, “Con Batçelor Şou”da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən də bəhs olunub.
Radioverilişdə Con Batçelor Dağlıq Qarabağ münaqişəsi barədə qısa məlumat verib, verilişdən sonra cəbhə xəttinə yaxın olan Tərtər rayonuna səfər edəcəyini bildirib.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov amerikalı dinləyicilərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib, münaqişənin həlli istiqamətində atılan addımlardan danışaraq deyib: “Biz artıq neçə illərdir ki, danışıqlar aparırıq. Təəssüf ki, hələlik uğurlu nəticə əldə edilməyib. Lakin insanlar sülhün necə əldə oluna biləcəyini başa düşürlər. Biz Ermənistan rəhbərliyinin öz xalqının gələcəyini düşünəcəyinə ümid edirik”.
Con Batçelor qeyd edib ki, Ermənistanın inkişaf yollarından biri də Azərbaycandan başlayan və Gürcüstan ərazisindən keçən dəmir yolu xəttinə qoşulmaq olardı. Lakin Ermənistan bu münaqişəni həll etmədiyi üçün öz vətəndaşlarının gələcəyini təmin edə bilmir. Xüsusilə də gənc ermənilər inkişaf olmadığı üçün ölkələrini tərk etmək məcburiyyətindədir. Ermənistan hələ də XX əsrdə qalıb. O, Sovet İttifaqı dağıldıqdan sonra yaranan xaosda ilişib qalıb.
Elin Süleymanov vəziyyətin belə olduğunu təəssüf hissi ilə qeyd edib. “Məsələ təkcə dəmir yolunda deyil, avtomobil yolu, neft-qaz boru kəmərləri və digər layihələr də buraya daxil edilə bilər. Sülh özü ilə dividendlərini də gətirəcək”,-deyə diplomat vurğulayıb.
Qeyd etmək lazımdır ki, C.Batçelor öz gündəlik canlı yayımlarını Gəncədə yerləşən Kəpəz TV və radiosunun studiyasından, Bakıda isə Xəzər TV və radiosunun studiyasından Nyu-Yorka bağlanmaqla həyata keçirib və bu faktı fəxrlə öz auditoriyasına dəfələrlə çatdırıb.




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Azərbaycanlı deputat AŞ PA-nı Ermənistana qarşı sərt addımlar atmağa çağırıb
25.06.2019
İcma sədri Ermənistan XİN rəhbərinə cavab verib
25.06.2019
Ali hərbi rütbələrin təqdimetmə mərasimi keçirilib
25.06.2019
Mühacirlər “ağalarının” sifarişlərini yerinə yetirirlər
25.06.2019
Müdafiə nazirindən tapşırıq: əməliyyat şəraiti ciddi nəzarətdə saxlanılacaq

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
3 Əli Nağıyev DTX rəisi təyin edildi
4 Heydər Əliyev və bələdiyyələr
5 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info