“Jewish Journal”: Nə Koçaryan, nə də Sarkisyan ədalət mühakiməsindən yaxa qurtara bilməyəcəklər
Tarix: 18.08.2018 | Saat: 19:10:00 | E-mail | Çapa göndər



ABŞ-da çıxan “Jewish Journal” nəşrində Xocalı qırğınının şahidi, bu dəhşətli qətliamdan möcüzəli şəkildə salamat qalmış Dürdanə Ağayevanın “Ermənistanın sabiq prezidenti Koçaryanın həbsi və Xocalı soyqırımı” adlı məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, D.Ağayeva məqalədə dinc Xocalı sakinlərinin kütləvi qətlinin əsas günahkarlarından birinin – Ermənistanın sabiq prezidenti Robert Koçaryanın həbsinə münasibətini bildirib. Məqalədə deyilir ki, o, iki həftə əvvəl bu xəbəri eşidəndə, yaxşı mənada təəccüblənib. Yerevanda həbs olunan Koçaryan konstitusiya quruluşunun devrilməsinə cəhddə və 2018-ci ilin martında Ermənistanda seçkilərin nəticələrindən sonra 10 nəfərin öldürülməsində ittiham olunub.

D.Ağayeva yazır: “Mən Koçaryanı təkcə varisi Serj Sarkisyanın hakimiyyətinin təsdiq edilməsi naminə öz həmvətənlərinin qətlində günahkar olan Ermənistanın sabiq prezidenti (1998-2008-ci illər) kimi deyil, həm də ilk növbədə Azərbaycan ərazilərinin işğalında, həmvətənlərimin doğma ata-baba yurdlarından didərgin salınmasında və qətlə yeririlməsində, soyuq müharibə başa çatandan sonra Avropada ilk soyqırımının - Xocalı soyqırımının törədilməsində xüsusi rol oynamış bir şəxs kimi tanıyıram”.
Dinc Azərbaycan vətəndaşlarının qətlində Ermənistan rəhbərliyinin rolundan danışan D.Ağayeva vurğulayır: “Koçaryanın həbsi bir daha sübut edir ki, özgə xalqa qarşı cinayət törətmiş şəxs heç vaxt öz xalqına xoşbəxtlik gətirə bilməz. Təəssüf ki, Koçaryanı yalnız Ermənistan qanunlarını pozduğuna görə həbs ediblər, 1990-cı illərin əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ regionunda Azərbaycan vətəndaşlarına qarşı hərbi cinayətlər törətməsi, xüsusən dəhşətli Xocalı soyqırımında iştirak etməsi ilə bağlı ittihamlar isə irəli sürülməyib”.
Sonra Xocalıda törədilən faciəli hadisələri təsvir edən müəllif 613 silahsız azərbaycanlının, o cümlədən uşaqların, qadınların, qocaların kütləvi qətliamının, habelə erməni hərbçilərinin əsir götürülmüş dinc xocalılıların başına gətirdiyi vəhşiliklərin təfərrüatını açıqlayır. O bildirir ki, “Human Rights Watch” hüquq müdafiə təşkilatı Xocalı cinayətini Ermənistan-Azərbaycan münaqişəsinin “ən böyük qırğını” adlandıraraq, Azərbaycan vətəndaşlarının kütləvi qətlinə görə məsuliyyəti bilavasitə erməni hərbçilərinin üzərinə qoyub.
Avropa İnsan Haqları Məhkəməsi də 2010-cu il tarixli qərarında Xocalı barəsində faktları təsdiq edib, 10-dan çox ölkə və ABŞ-ın 23 ştatı isə öz qətnamə və proklamasiyalarında bu soyqırımını rəsmi surətdə pisləyib. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Azərbaycanın bütün Qarabağ regionunun Ermənistan tərəfindən işğalını və burada aparılan etnik təmizləmə siyasətini pisləyən, habelə Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal və qeyri-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib.
D.Ağayeva daha sonra yazır ki, Koçaryanın həbsi onu bir qədər təəccübləndirib, amma bu həftə onun həbsdən azad edilməsi barədə xəbər onu əsla təəccübləndirməyib, çünki bu fakt aydın şəkildə nümayiş etdirir ki, Ermənistan hələ də qanunlara riayət etməyə və uzun illər onun özünə və bütün Cənubi Qafqaz regionuna böyük ziyan vurmuş cinayətkarları təqib etməyə hazır deyildir. Koçaryan isə azadlığa çıxandan dərhal sonra Ermənistan siyasətinə qayıtmaq qərarını açıqlayıb.
Müəllif məqalənin sonunda qeyd edir ki, Xocalı soyqırımının günahkarları məhkəmə qarşısında durmalıdırlar, çünki nə Koçaryan, nə də Sarkisyan ədalət mühakiməsindən daim yaxa qurtara bilməyəcəklər.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info