Stepan Qriqoryan: “Koçaryan siyasətə öz iradəsi ilə qayıtmır”
Tarix: 18.08.2018 | Saat: 19:25:00 | E-mail | Çapa göndər


Məlum olduğu kimi, Ermənistanın ikinci prezidenti Robert Koçaryan yenidən siyasətə qayıtdığını bəyan edib. Maraqlıdır ki, o 2008-ci ilin 1 mart hadisələrində əsas şübhəli şəxs kimi həbs edilmişdi. Lakin bir neçə gün bundan əvvəl müəmmalı şəkildə azadlığa buraxılan Koçaryanın belə bir bəyanatla çıxış etməsi bu gün erməni siyasətçilər arasında əsas müzakirə mövzularından birinə çevrilməkdədir.
“Mən belə düşünürəm ki, Robert Koçaryan siyasətə nə öz arzusu, nə də iradəsi ilə qayıdır. Koçaryanın bu seçimi etməsi, şox güman ki, onun özünü qorumağa hesablanıb. Məlumdur ki, 1 mart hadisələrində ən şox adı hallanan Koçaryan qorunmağın ən optimal yolunu “siyasətə qayıtmaqda” görür. Belə ki, bu halda dövlətin ona qarşı hər hansı bir “iradını” o "onlar məni təqib edirlər" kimi qələmə verəcək. Düşünürəm ki, belə bir addımın atılması ona vəkilləri tərəfindən təklif olunub”. Bu fikirləri “Aysor.am” saytına erməni siyasətçi Stepan Qriqoryan bildirib. Erməni siyasətçinin fikrincə, Koçaryan hazırda erməni cəmiyyətinin ona qarşı olan münasibətini gözəl anlayır.
“Mən, sabiq prezidentin maliyyə qaynağına malik olduğunu istisna etməsəm də, onun gələcəkdə siyasi sahədə hər hansı bir ugur qazana biləcəyinə inanmıram. Çünki siyasətə qayıtmağın vacib komponentlərindən biri və bəlkə də əsası vətəndaşlarla görüşmək, onlarla ünsiyyət qurmaqdır. Lakin hazırkı məqamda Koşaryanın vətəndaşlarla necə görüşə biləcəyini təsəvvür edə bilmirəm. Çünki bu gün Ermənistan əhalisinin əksəriyyəti onun haqqında çox mənfi fikirdədir”-deyə erməni politoloq bildirib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
Ermənistanda 24 yaşlı əsgər özünü güllələyib
18.04.2019
Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
18.04.2019
Özbəkistanın Riştan rayon rəhbərliyi İsmayıllı rayonuna səfər edəcək
17.04.2019
Lavrov: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı razılaşmalar kağız üzərində qalmamalıdır
17.04.2019
Riç Outzen: “Türkiyə ilə əlaqələrdə uğursuzluq görmək istəmirik”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info