Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının nəticələri açıqlanıb
Tarix: 18.08.2018 | Saat: 20:43:00 | E-mail | Çapa göndər



Avqustun 18-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının nəticələri elan olunub.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak üçün qeydiyyatdan keçən 1013 namizəddən 11-i imtahana gəlməyib.
İmtahan nəticələri saat 15:40-dan etibarən DİM-in internet səhifəsində yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “İş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Nəticələrə əsasən, BA1 altqrupu üzrə 3, BA2 altqrupu üzrə 4, BA3 altqrupu üzrə 18, BA4 altqrupu üzrə 41, BB1 altqrupu üzrə 13, BB2 altqrupu üzrə 36, BB3 altqrupu üzrə 67, BB4 altqrupu üzrə 119 nəfər olmaqla, ümumilikdə 301 namizəd tələb edilən müsabiqə şərtlərini ödəyib.
Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun sertifikat veriləcək. Sertifikatın qüvvədəolma müddəti beş ildir.
Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün avqustun 20-dən sentyabrın 4-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin məlumatlarının düzgünlüyünün yoxlanılması məqsədilə ali təhsil haqqında sənədin və əmək kitabçasının skan edilmiş surətləri formaya əlavə olunur.
Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadıqda namizəd həmin sənədin (sənədlərin) müəyyənləşdirilmiş qaydada təsdiqlənmiş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini beş iş günü müddətində DİM-ə təqdim etməlidir.
İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik şəxslər nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilərlər. Elan olunmuş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyənləşdirilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası avqustun 2-də və 21-də saat 10:00-dan 17:00-dək DİM-də (Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) fəaliyyət göstərəcək.




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
Rafiq Hüseynovun yaşadığı evin qarşısında barelyefi açılıb
18.02.2019
Təqaüdlərin artırılması doktorant və tələbələri ruhlandırır
18.02.2019
Ombudsman Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
18.02.2019
Prezident Sumqayıtın dənizkənarı bulvarında şəhərin sakinləri ilə görüşüb
18.02.2019
“SOCAR Polymer” qeyri-neft ixracını 15 faiz artıracaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info