Bakıda keçirilən mas-reslinq üzrə Avropa çempionatının açılış mərasimi olub
Tarix: 19.08.2018 | Saat: 00:27:00 | E-mail | Çapa göndər



Avqustun 18-də Bakıda kişi və qadınlar arasında mas-reslinq üzrə Avropa çempionatına start verilib.
AZƏRTAC xəbər verir ki, yarışda 9 ölkədən 100-ə yaxın idmançı iştirak edir. Azərbaycan bu idman növü üzrə qitə miqyaslı turnirdə 36 atletlə təmsil olunur.
Çempionatın açılış mərasimində Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, Azərbaycan Mas-reslinq Federasiyasının prezidenti Ramiz Əliyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Milli İdman Növləri Assosiasiyasının prezidenti Xanlar Qurbanov çıxış edərək Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını və respublikamızın mötəbər beynəlxalq yarışlara uğurla ev sahibliyi etdiyini bildirib. Çıxışlarda belə yarışların ölkəmizdə keçirilməsinin Azərbaycanın qazandığı uğurların göstəricisi olduğu qeyd edilib. Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi və dəstəyi ilə Azərbaycan son illərdə bir neçə mühüm beynəlxalq idman yarışına yüksək səviyyədə ev sahibliyi edib. Bu uğurlar nəticəsində ölkəmiz dünyanın idman mərkəzlərindən biri olduğunu sübuta yetirib.
Beynəlxalq Mas-reslinq Federasiyasının vitse-prezidenti Aleksandr Kim-Kimen Bakıda olmaqdan məmnunluğunu ifadə edib, yarışların yüksək səviyyədə təşkilatçılığına görə minnətdarlığını bildirib. Mas-reslinq idmanının tarixi haqqında məlumat verən qonaq deyib ki, Saxa-Yakutiyanın milli idman növü olan mas-reslinq 2012-ci ildən etibarən qeyri-ənənəvi idman növləri siyahısına daxil edilib. Bu idman növü üzrə beynəlxalq federasiya təsis edilib, qitəmiqyaslı turnirlər, o cümlədən dünya çempionatları keçirilir. Mas-reslinq sentyabrın 2-dən 9-dək Qırğızıstanda keçiriləcək türkdilli xalqların dünya oyunlarının proqramına da salınıb.
Daha sonra Aleksandr Kim-Kimen Avropa çempionatını açıq elan edib.
Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra kişilər arasında 60, 80 və 125, qadınların mübarizəsində isə 55, 75 kiloqram və 85 kiloqramdan yuxarı çəki dərəcələrində final yarışlarına start verilib.
Mas-reslinq üzrə Avropa çempionatına avqustun 19-da yekun vurulacaq.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
“Qarabağ” “Qəbələ”yə böyük hesabla qalib gəlib
23.09.2018
“Qalatasaray” ikinci dəfə böyük hesabla məğlubiyyətə uğrayıb
23.09.2018
Azərbaycan Premyer Liqası: “Sumqayıt” səfərdə “Keşlə”ni məğlub edib
23.09.2018
Dünya çempionatının dördüncü günündə yeddi ölkənin cüdoçuları fəxri kürsüyə qalxıblar
23.09.2018
Kifayət qədər yaxşı oyun nümayiş etdirdik

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info