Əmək müqaviləsi olmadan çalışmaq işçini gələcəkdə sosial təminatdan məhrum edir
Tarix: 19.08.2018 | Saat: 17:09:00 | E-mail | Çapa göndər



Əmək münasibətləri əmək müqaviləsi əsasında həyata keçirildikdə bu, işçiyə onun həyatının, sağlamlığının, əməyinin mühafizəsini təmin edən əmək şəraitində və qanunvericiliklə müəyyən olunan iş vaxtı müddətində çalışmaq hüququ yaradır. Bu, həmçinin işçiyə minimum əmək haqqından aşağı olmayan məvacib almaq, məcburi dövlət sosial sığortasına cəlb edilərək gələcəkdə sosial təminat hüququ əldə etmək imkanı verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bu fikirlər Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2018-ci il üzrə Tədbirlər Planına uyğun olaraq İmişli rayonunda İmişli, Sabirabad, Saatlı, Füzuli, Beyləqan rayonlarından olan işəgötürənlərin iştirakı ilə keçirdiyi seminarda vurğulanıb. Seminar “Əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları” və “Nəqliyyat iqtisadi sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularına həsr olunub.
Tədbirdə vurğulanıb ki, əmək müqaviləsi olmadan işləmək işçini bütün əmək hüquqlarından və gələcək sosial təminatdan məhrum edir. Belə halda işçi qanunvericiliklə müəyyən edilmiş iş vaxtı müddətində çalışmaq, minimum əməkhaqqından aşağı olmayan məvacib almaq, iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əməkhaqqı almaq və ya onun verilməsini tələb etmək, istirahət və məzuniyyət hüquqlarını itirmiş olur. Bağlanan hər bir əmək müqaviləsi isə Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində müvafiq bildiriş formasında qeydiyyatdan keçirilməklə rəsmiləşdirilir və əks halda hüquqi qüvvəyə minmir.
Seminarda hər iki mövzu ilə əlaqədar iştirakçıların sualları da cavablandırılıb.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Yaxın beş ildə Rusiyadan Azərbaycana turist axını iki dəfə artacaq
22.02.2019
Ruslan Auşev: İlham Əliyev nüfuzlu, öz xalqını sevən rəhbərdir
22.02.2019
Fevralın 25-də hava şəraiti dəyişəcək
22.02.2019
Bu ilin ilk ixrac missiyası Çinə təşkil olunacaq
22.02.2019
Ümumavropa Qarabağ mitinqi canlı yayımlanacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info