“İrəvanın Moskvaya olan borclarını Koçaryanla Sarkisyan qaytarmalıdır”
Tarix: 19.08.2018 | Saat: 22:13:00 | E-mail | Çapa göndər



“Xalq Paşinyanın tərəfindədir. İnsanlar ədaləti tələb edirlər. Ancaq biz hamımız özümüzə Rusiyanın bizə cavab verə biləcəyi bir hesabat vermək məcburiyyətindəyik”. Bu fikirləri “ArmenianReport” saytı erməni baş nazir Nikol Paşinyanın hakimiyyətə gəlməsinin 100 günü ilə əlaqədar İrəvanın mərkəzində keçirdiyi mitinqdəki çıxışına istinadən yazıb. Maraqlıdır ki, sayt bu sözləri “Ermənistanın yaxın tarixində ən vacib sözlər” kimi “dəyərləndirib”.

Sayt daha sonra yazır: “Baş nazir Paşinyan açıq şəkildə bəyan elədi ki. nəinki Robert Koçaryan, hətta Kremlin arxasında gizlənməyə çalışan başqaları da cəzadan kənarda qala bilməyəcəklər. İndi Ermənistanda bir çoxları saatlarını sayırlar. Onların bəziləri özlərini siyasi təqib qurbanları kimi qələmə verməyə çalışsalar da (təbii ki, burada Robert Koçaryan nəzərdə tutulur), onlar həbsxana həyatından qurtula bilməyəcəklər. Mən bunu Ermənistan vətəndaşları adından bəyan edirəm”.
Rusiya telekanallarında Ermənistan əleyhinə aparılan kampaniyanın əsas sifarişçisinin Kreml olduğunu bildirən Paşinyan ölkəsinin bütün bunlara hazır olmalarının vacibliyini xatırladıb.
Ukrayna prezidenti Petro Poroşenkonun dövlət konserni "Ukroboronprom"un Rusiyaya olan borclarının qaytarmaması barədə qanun imzaladığını bildirən Paşinyan Ermənistnın da bu yolu seçəcəyini istisna etməyib: “Hesab edirəm ki, Ermənistan da belə bir sənəd imzalamalıdır. Çünki Rusiyaya olan bütün borclarımızı Ermənistan xalqı deyil, Robert Koçaryan, Serj Sarkisyan və digərləri oğurlayıblar. Onlar Ermənistnı özlərinə və moskvalı dostlarına sərf edən qiymətə satıblar. Ona görə də indi Moskvaya olan borcları “yeni, demokratik Ermənistan” deyil, onlar ödəməlidirlər”.
Saytın yazdığına görə, Paşinyan da yadda saxlamalıdır ki, o, artıq, sadəcə, mitinqin lideri deyil, həm də Rusiyanın təsirindən qurtulmaq üçün mübarizə aparan dövlətin baş naziridir.
Qeyd edək ki, Paşinyanın Respublika Meydanındakı çıxışına münasibət bildirən Ermənistan Parlamentinin vitse-spikeri Eduard Şarmazanov baş nazirin çıxışını heç bir hesabat-təqdimat yox, sadəcə, təhdidlər axını kimi dəyərləndirib: “Cənab Paşinyan, 100 gün əvvəl siz, bizim qan tökülməsinin qarşısını almaq üçün mövqeyimizdən istifadə edərək şantaj yolu ilə məqsədinizə nail olmusunuz. Artıq siz bu gün kütlənin müxalifət lideri deyilsiniz, hakimiyyətsiniz. Bu gün ölkədə mövcud vəziyyətə görə məsuliyyət daşıyırsınız, ona görə də dövlət qurumlarını və millət vəkillərini barmaqla təhdid etməyə çalışmayın”.
Ağasəf Babayev








 
Bölməyə aid digər xəbərlər
11.07.2019
Paşinyanın reytinqi 53 faizə enib
09.07.2019
Əli Kərimli xaricdən göstəriş aldığını etiraf etdi...
03.07.2019
Erməni ekspert: “Ermənistan iqtisadiyyatı dəhşətli vəziyyətdədir”
02.07.2019
Paşinyan hökuməti əhalinin gözləntilərini doğrulda bilmədi
01.07.2019
Ölkədəki sabitlik xaricdə məskunlaşan “jurnalistlər”in xoşuna gəlmir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10828

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info