Bədii gimnastika üzrə “GymBala” beynəlxalq turnirinə yekun vurulub
Tarix: 20.08.2018 | Saat: 13:14:00 | E-mail | Çapa göndər



Avqustun 19-da Bakıda keçirilən bədii gimnastika üzrə "GymBala" beynəlxalq turnirinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, günün ilk yarışında Milli Gimnastika Arenasında 2008-ci il təvəllüdlü gimnastlar fərdi proqramda alətsiz və halqa ilə hərəkətlərdə mübarizəyə qoşulublar. İki hərəkətin cəminə görə Bakı Gimnastika Məktəbinin (BGM) yetirməsi Leyli İsmayılova 25,950 xal toplayaraq birinci olub. “Ocaq Sport” klubunun təmsilçisi Nərminə Bayramova 24,500 xalla ikinci yeri tutub. Ukraynalı Anastasiya Korotianskaya isə 23,850 xalla ilk üçlüyü qapayıb.
2007-ci il təvəllüdlü yeniyetmələrin çoxnövçülük üzrə halqa və topla yarışlarının ümumi nəticəsinə görə “Ocaq Sport” klubunun yetirmələri ilk üç pillədə qərarlaşıblar. Belə ki, Fatimə Məmmədzadə (24,950 xal) qızıl, Mədinə Dəmirova (23,550 xal) gümüş, Kamilla Seyidzadə (22,700 xal) bürünc medal qazanıblar.
Sonra 2006-cı il təvəllüdlü yeniyetmələr çoxnövçülük üzrə ip, top və gürzlərlə yarışlarda qalib adı uğrunda mübarizə aparıblar. Zəhra Paşayeva 41 xalla birinci, Alina Gözəlova 40,050 xalla ikinci, Kamilla Əliyeva isə 39,050 xalla üçüncü olub. Hər üç gimnast “Ocaq Sport” klubunu təmsil edir.
Gənclər (2003-2005-ci il təvəllüdlü) arasında yarışlarda isə halqa, top, gürzlər və lentlə hərəkətlərdə çoxnövçülük üzrə turnirin ən yaxşılarının adlarına aydınlıq gəlib. Bu yaş kateqoriyasında da “Ocaq Sport” klubunun təmsilçiləri rəqibləri üçün əlçatmaz olublar. Nərminə Səmədova (64,500 xal), Arzu Cəlilova (61,300 xal) və Məryəm Səfərova (60,750 xal) fəxri kürsünün ilk üç pilləsində yer alıblar
Daha sonra komanda yarışlarına start verilib.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq
13.11.2018
Messi mövsümün ən yaxşı oyunçusu mükafatını aldı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info