Messenger və sosial şəbəkələrə olan fişinq hücumlarında artım var
Tarix: 20.08.2018 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


“Kaspersky Lab” şirkətinin ekspertləri bir daha əmin olublar ki, fişinq və digər fırıldaq növlü kontentin yayılması artıq e-poçt məktubları çərçivəsindən çoxdan çıxıb. İlk yarımilin sonunda bu cür ən böyük kütləvi hücumlar messenger və sosial şəbəkələrdə qeydə alınıb. Hətta belə ki, istifadəçilər özləri də anlamadan fırıldaqla dolu mesajları könüllü şəkildə öz yaxın dostları ilə bölüşməklə cinayətkarlara “kömək etmiş” olurlar.
“Kaspersky Lab” şirkətinin analitiklərinin müşahidələrinə əsasən fırıldaqçılar öz kontentlərinin daha geniş yayılması üçün tez-tez “WhatsApp” tətbiqindən istifadə edirlər. Bu cür ismarıclar, əsasən, mövcud olmayan uduşlar və digər sərfəli təklifləri özundə əks etdirir. Məsələn, Rusiyada ötən rübdə cinayətkarlar aktiv şəkildə məşhur pərakəndə şəbəkələrinin,”fastfud” restoranlarının adından müxtəlif bonuslar təklif edən ismarıclardan istifadə ediblər. Bu bonusları əldə etmək üçün istifadəçidən tələb olunan sadə sorğunu doldurmaq və messengerdə lazımi miqdarda şəxsə həmin ismarıcı göndərmək idi.
Lakin sadəcə göndərişlərlə iş bitmir. İstifadəçi həmin keçidi tanışlarına göndərdikdən sonra, onu yerləşdiyi məkandan və ya istifadə olaraq qurğudan asılı olaraq kontenti dəyişən digər resurslara yönləndirirlər. Belə ki, əgər istifadəçi smartfondan daxil olursa, çox zaman onu avtomatik şəkildə ödənişli xidmətlərə abune edirlər. Digər hallarda isə cinayətkarlar qurbanın şəxsi məlumatlarını əldə etmək üçün sorğu və ya uduşlu başqa bir səhifəyə yönləndirirlər.
Öz növbəsində “Twitter” sosial şəbəkəsində başqa bir fırıldaqçılıq sxemindən istifadə olunur: burda cinayətkarlar məşhur şəxslərin və şirkətlərin adından saxta hesablar yaradır və ödənişsiz kriptopulların paylandığını idddia edirlər. Bu cür “mükafat”ı əldə etmək üçün isə ismarıcda göstərilən kripto pulqabına müəyyən miqdarda kriptovalyuta köçürmək lazımdır, bunun qarşılığında isə həmin məbləğin bir neçə misli vəd edilir. İkinci rübdə isə kibercinayətkarlar daha çox Elon Mask, Pavel Durov və Vitali Buteritn adı altında maskalanıblar.
Qeyd edək ki, kriptovalyuta və İCO ( İnitial Coin Offering) mövzuları fırıldaqçılar üçün əvvəlki kimi aktual olaraq qalmaqdadır. “Kaspersky Lab” antifişinq müdafiə sistemi ikinci rübdə 58 min dəfə istifadəçilərin kriptovalyuta pulqabı və birjalara bənzəyən saxta vebsaytlara daxil olmasının qarşısını allb. Fişerlərin hal-hazırda ən məşhur kriptovalyutası Etherium (ETH) hesab edilir. “Kapersky Lab” şirkətinin hesablamalarına görə ( cinayətkarlar tərəfindən istifadə olunan mindən çox ETH pulqabından alınmış məmumata əsasən) saxta İCO-lar vasitəsilə fırıldaqçılar klasik fişinqi nəzərə almadan, istifadəçilərdən 2 milyon ABŞ dollarından çox pul qopara biliblər.
“3 hesabat ayı ərzində bizim antifişinq sistemimiz 107 milyondan çox fişinq səhifələrinə keçid cəhdinin qarşısını alıb ki, bu da ötən rüblə müqayisədə 17 milyon dəfə daha çoxdur. Bu cür artım, əsasən, ondan xəbər verir ki, istifadəçilərin böyük bir qismi fişinq təhlükəsini düzgün qiymətləndirmir ,diqqətsizlik ucbatından və ya məlumat azlığından fırıldaqçıları müəyyən edə bilmirlər”, - deyə “Kaspersky Lab” şirkətinin aparıcı kontent-analitiki Nadejda Demidova bildirib.
Fişerlərin digər fırıldaqları və spamerlər haqqında daha ətraflı “Kaspersky Lab” şirkətinin hesabatında tanış ola bilərsiniz: https://securelist.ru/spam-and-phishing-in-q2-2018/91014/.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Prezident İlham Əliyev Milli Gimnastika arenasında yarışlara baxıb
22.09.2018
Neftin qiyməti bahalaşır
22.09.2018
Ermənistan atəşkəs rejimini 112 dəfə pozub
21.09.2018
Cüdo üzrə dünya çempionatının ikinci gününə yekun vurulub
21.09.2018
“Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi düzəlişlər etməlidir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info