Metroda iki soyğunçu tutulub
Tarix: 20.08.2018 | Saat: 16:24:00 | E-mail | Çapa göndər


Metronun “Nəriman Nərimanov” stansiyasının platformasında qaçan iki nəfər orada xidmət aparan polis əməkdaşlarının diqqətini cəlb etdiyindən onlar şübhəli şəxs qismində saxlanılaraq Metropolitendə Polis Şöbəsinə gətiriliblər.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, araşdırmalar zamanı həmin şəxslərin Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Tamerlan Əliyev və Nərminə Abbasova olmaları müəyyən edilib.
Aparılan araşdırmalar zamanı məlum olub ki, onlar Masallı rayon sakini olan bir nəfərin içərisində 71 manat və bank kartları olan pul kisəsini soyğunçuluq yolu ilə alıb aradan çıxmaq istəyirlərmiş.
Onların üzərlərinə şəxsi axtarış keçirilən zaman T.Əliyevdən şəxsi istehlak miqdarından artıq narkotik vasitə olan heroin, Nərminə Abbasovanın üzərindən isə başqa bir şəxsə məxsus pulqabı aşkar edilərək götürülüb.
Əməliyyat tədbirləri ilə o da müəyyən edilib ki, N.Abbasova həmin pulqabını Nərimanov rayonu ərazisindəki mağazaların birində paytaxt sakini olan bir qadından oğurlayıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Türkiyədə mədəndə partlayış baş verib
21.11.2018
Əfqanıstanda partlayış nəticəsində ölənlərin sayı 50-yə çatıb
20.11.2018
Kanalizasiya kollektorundan kəsilmiş mal başları çıxdı
20.11.2018
ABŞ-da atışma nəticəsində ölən var
18.11.2018
Vyetnamda qasırğa nəticəsində 12 nəfər ölüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info