Cənubi Koreyada Azərbaycanla bağlı tədbir keçirilib
Tarix: 20.08.2018 | Saat: 16:25:00 | E-mail | Çapa göndər


Cənubi Koreyanın Qvaçon Milli Elmlər muzeyində Texnologiya və Elmlər Nazirliyi, S-Oil və ReSeat şirkətləri, Milli Elmlər Fondunun birlikdə təşkilatçılığı ilə Cənubi Koreyanın Soongsil Universitetində İnformasiya Texnologiyaları və Menecment üzrə magistr təhsili alan Nihat Xəlilzadə və onun həyat yoldaşı Zeynəb Əhədova tərəfindən Azərbaycanla bağlı xüsusi tədbir keçirilib. Bu haqda Nihat Xəlilzadə özəl olaraq “Palitra”ya məlumat verib.
Tədbirdə Hansonq Elmlər Məktəbi, Seconq Elmlər Məktəbi, Kyonqi Elmlər Məktəbi tələbələrinin, Köhnə Elm və Texnologiya naziri və Cənubi Koreyanın ən yaxşı universitetlərinin professorlarının və həmçinin iştirak edən tələbələrin valideynləri iştirak ediblər. Tədbirin əsas məqsədi tələbələri Azərbaycan və onun təhsil sistemi haqqında məlumatlandırmaq və Azərbaycan təhsil sistemi ilə Cənubi Koreya təhsil sisteminin müqayisəsi və həmçinin tələbələrin təhsil istiqamətləndirilməsi üçün məsləhət vermək olub. Tədbirdə Azərbaycan ərazisi, tarixi, əhalisi və s. haqqında ətraflı məlumat verildikdən sonra Azərbaycan təhsil sistemi haqqında qonaqlar tam məlumatlandırılıb. Sonda Azərbaycan universitetləri və onların təhsil sistemləri, ixtisaslar və həmçinin mümkün təqaüdlər haqqında koreyalı tələbələr tam məlumatlandırılıb.
Qeyd edək ki, dinləyicilər tərəfindən çox müsbət dəyərləndirildiyinə görə yaxın zamanda bu tədbirin yenidən təşkili nəzərdə tutulub.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib
14.11.2018
Savelyev: “Rusiya ilə Azərbaycanın münasibətləri bu potensialın reallaşdırılmasının parlaq nümunəsidir”
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada arzuolunmaz şəxs elan olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info