UNEC nüfuzlu CFA İnstitutunun akkreditasiyasını qazanıb
Tarix: 20.08.2018 | Saat: 17:07:00 | E-mail | Çapa göndər


UNEC nüfuzlu Sertifikatlaşdırılmış Maliyyə Analitikləri İnstitutunun (Chartered Financial Analyst - CFA) akkreditasiyasını qazanıb və İnstitut tərəfindən tərəfdaş universitet kimi qəbul edilib (CFA İnstiute University Affiliation Program). UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) Maliyyə ixtisasının CFA proqramının tələb etdiyi Biliklər Məcmusunu (CFA Program Candidate Body of Knowledge (CBOK)) əks etdirdiyi, CFA İnstitutunun Etik Qaydalar və Peşəkar Davranış Standartlarının (Code of Ethics and Standards of Practice) tələblərinə cavab verdiyi və ISE-nin tədris proqramının tələbələrin maliyyə və investisiya sahəsində dünyanın ən nüfuzlu və tanınmış serifikatı olan Sertifikatlaşdırılmış Maliyyə Analitiki kvalifikasiyasına tam hazırlaması CFA İnstitutu tərəfindən təsdiqlənib. UNEC CFA İnstitutunun tərəfdaşı kimi öz tələbələri üçün hər il CFA proqramı təqaüdlərini də əldə edəcək. Qeyd edək ki, UNEC CFA akkreditasiyasından keçən yeganə Azərbaycan universitetidir. CFA Proqramı maliyyə analitikləri, portfel menecerləri, investisiya məsləhətçiləri və dünyada mövcud olan digər investisiya mütəxəssisləri üçün bacarıq və səriştə standartlarını və tələbləri təyin edir. CFA kvalifikasiyası investisiya peşəsinə verilən ən nüfuzlu və etibarlı sertifikat kimi qəbul edilib. İngilis dilində həyata keçirilən CFA tədris proqramı və imtahanlar bütün dünyada eynidir. Proqrama qəbul edilən beş namizəddən ən çox biri proqramı müvəffəqiyyətlə tamamlayaraq investisiya üzrə peşəkarların “qızıl standart” kimi qəbul edilən nüfuzlu CFA tam üzvlüyünü qazanmağa müvəffəq olur.

Anar




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
“Qanın milliyyəti yoxdur”
18.04.2019
Yeni turizm mövsümü başlayır: Bu ilin üç ayında Azərbaycana 157 ölkədən ziyarətçi gəlib
18.04.2019
“Bakcell” Formula 1 Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu
18.04.2019
Ad günün mübarək, şəhidim!
18.04.2019
Yanğından zərər çəkmiş sahibkarlara dəstək: 345 sahibkar mallarını ticarət mərkəzindən çıxarıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info