Almaniyada Lutz Baçmannın azərbaycanlı davamçıları
Tarix: 20.08.2018 | Saat: 18:01:00 | E-mail | Çapa göndər


Naibə Hacıyeva: “Hələ indiyə kimi siz xalqa, vətənə cüzi qədər də olsa xeyir vermədiniz...”

Xəbər verildiyi kimi, Almaniya kansleri Angela Merkel avqustun 23-də Cənubi Qafqaza səfər edəcək. Səfər çərçivəsində xanım Merkel Azərbaycanda da olacaq və rəsmi görüşlər keçirəcək. Bu isə Avropadakı, xüsusən Almaniyadakı antimilli qüvvələri narahat etməyə başlayıb. Onlar Berlində Angela Merkelin qərargahı önündə Azərbaycan siyasi hakimiyyətinə qarşı aksiya keçirəcəklər. Buna görə də sosial şəbəkələrdə çağırışlar edərək cəmiyyəti yanlış yerə sürükləməyə çalışırlar. Əlbəttə ki, belələrini heç bir dövlət və xalq qəbul etmir. Bu emosional antimilli qüvvələrin hər hansı siyasi təsir gücü də yoxdur. Alman dövləti də çox gözəl bilir ki, bunlar öz maraqlarına görə belə “küçə müxalifətçiliyi” edirlər. Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Hacıyeva isə “Facebook” səhifəsində bu insanları ifşa edib. O bildirib ki, bu insanların hələ də kimə və nəyə, hansı iyrənc bir quruma işlədikləri bəlli deyil: “Üzümü o insanlara tutub deyirəm: bu çirkli əməllərinizdən əl çəkin! Bir neçə insanı yanlış yola çəkməklə, siz onları uçuruma aparırsınız. Hələ indiyə kimi siz xalqa, vətənə cüzi qədər də olsa xeyir vermədiniz, əksinə ancaq zərər verirsiniz. O ki, qaldı xanım Merkelə. Xanım Merkelə şəxsən mənim və mənim kimi milyonlarla insanların çox böyük hörməti var. O, Almaniya üçün çox işlər görüb. Bütün bunlara baxmayaraq, Almaniyada da bir neçə müxalif qurum var. Məsələn, “NPD”, “Pegida” və sairə. Bu partiyalarda olanlar da sizin kimi küçələrə tökülür, “Facebook”da, “YouTube”də xanım Merkeli diktator adlandırırlar. Lakin və hər zaman böyük bir qisim alman xalqı bunlara qarşı çıxır. Çünki bunlar Hitlerin qollarıdır. Bu insanlar hər zaman çirkli işlərlə məşğul olublar, asan yollarla pul qazanmağa can atıblar. Alman olsalar da, yazıb-oxumaları yoxdur, öz vətənləri Almaniyada işsizdirlər. Buna da Almaniyada hərtərəfli çox zəif insanlar deyirlər”. Naibə Hacıyeva qeyd edib ki, əqidəsi zəif olan insanların beynini yumaq, yanlış yola çəkmək çox asandır: “Almaniyada da sizin kimilərdən var, məsələn Lutz Baçmann deyə qara bir ulduz var. O da xanım Merkeli yıxmaq istədi, amma bacarmadı. Qara ulduz Lutz Baçmann xanım Merkelə qara PR apardığı üçün hətta İngiltərə belə, onu öz dövlətinə girməyə qadağa qoydu. Mən sizi, Azərbaycanın üz qaraları, həmin bu Hitlerin davamçılarından olan Lutz Baçmann kimilərə bənzədirəm. Lutz Baçmann da özünü “müxalifətçi” adlandırır. Bəsdirin, yetər artıq. Gözəl və qürurverici işlərlə məşğul olun. Xanım Merkel sizin də “Pegida” kimilərdən olduğunuzu bilir. Boş yerə insanları aldadıb yollara tökməyin, heç bir şey əldə edə bilməyəcəksiniz. Bəli, Azərbaycan xalqı həmrəydir, dövlətimiz, bayrağımız, dövlət başçımız Vətənimizin rəmzidir. Əminəm ki, xalqımız hər zaman öz rəmzini qoruyacaq, Vətəninə, dövlətinə zərər vurmaq istəyən sizin kimilərə imkan yaratmayacaqlar. Var olsun Azərbaycan dövləti, yaşasın Azərbaycan xalqı!”

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Demokratiyanın tələbləri
23.01.2019
Sevinc Fətəliyeva: Hər bir KİV yaydığı xəbərə görə məsuliyyət daşıdığını unutmamalıdır
23.01.2019
Azərbaycan sülhməramlıları Cənubi Sudana yola düşüb
23.01.2019
“Azərbaycan təcrübəsi, əldə etdiyimiz nəticələr siyasətimizin doğru olduğunu nümayiş etdirir”
23.01.2019
Davos görüşü Düşənbə və Sankt-Peterburqdakı görüşlərin davamı kimi qiymətləndirilə bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info