Sahibkarların müvafiq assosiasiyalarda birləşməsi dəstəklənəcək
Tarix: 20.08.2018 | Saat: 19:10:00 | E-mail | Çapa göndər


İqtisadiyyat Nazirliyində yerli istehsalçılar və ixracatçılar assosiasiyaları ilə görüş keçirilib. Görüşdə müxtəlif sahələrdə fəaliyyət göstərən yerli istehsalçı və ixracatçılar assosiasiyalarının rəhbərləri iştirak edib. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Prezidentin rəhbərliyi ilə istehsalın və ixracın dəstəklənməsi məqsədilə həyata keçirilən kompleks və ardıcıl tədbirlər, eləcə də tətbiq olunan yeni mexanizmlər barədə məlumat verib. Diqqətə çatdırılıb ki, sahibkarlığın dəstəklənməsi, istehsal və ixrac sahəsində koordinasiyalı və sistemli tədbirlərin davam etdirilməsi üçün 2016-cı ildən etibarən yerli istehsalçıların və ixracatçıların 15 assosiasiyası yaradılıb. İqtisadiyyat Nazirliyinin dəstəyi ilə yaradılmış bu assosiasiyalar meyvə-tərəvəz, nar, fındıq, şərab, çay, bal, mebel, tikinti və sair yerli məhsulların xarici bazarlara çıxarılması və satışının təmin olunması, ixrac potensialının artırılmasında əhəmiyyətli rol oynayır. Mütəmadi olaraq assosiasiyaların iclasları keçirilir, onlarla müvafiq sahələrin inkişafına dair müzakirələr aparılır, görüşlər təşkil olunur. Assosiasiyalar ölkəmizdə və xaricdə keçirilən bir sıra sərgilərdə də iştirak edirlər. R.Məmmədov qeyd edib ki, müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarların müvafiq assosiasiyalarda birləşməsinə dəstək davam etdiriləcək. Görüşdə assosiasiyaların gələcək fəaliyyətinə, strateji inkişaf planlarına, Azərbaycan İxracatçılar Klubu çərçivəsində assosiasiyalar arasında təcrübə mübadiləsinə dair müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Tədbirdə assosiasiya nümayəndələri qeyri-neft sektorunun inkişafına dəstək mexanizmlərinin və "Made in Azərbaycan" brendinin təşviqi tədbirlərinin sahibkarlara böyük stimul yaratdığını vurğulayıb.

Anar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info