“ArmenianReport”: “Kreml Paşinyanla döyüşə başlayır”
Tarix: 20.08.2018 | Saat: 21:24:00 | E-mail | Çapa göndər


“Koçaryanın İrəvanın xarici siyasətindən “narahatlıq” ifadə edərək hakimiyyətə qayıtmaq istəyi, əslində, onun yox, Kremlin istəyidir”

“Kocaryanın İrəvanın xarici siyasətinə dair narahatlığı Moskvanın narahatlığıdır, heç bir halda, təkcə Koçaryanın narahatlığı deyil. Hələ bir ay əvvəl Ermənistanda çoxları nifrət bəslədikləri sabiq hökmdarlarının tarixin arxivinə atılacağını xəyallarına belə, gətirməzdilər. Amma bu baş verdi. Bu gün isə Ermənistanda xalqın ən çox nifrət etdiyi siyasi xadimlərdən biri, “məxməri inqilabın” bütün nəticələrini məhdudlaşdırmaq üçün hakimiyyətə qayıtmaq niyyətindədir”. Bu fikirlər “ArmenianReport” saytındakı yayılan “Kreml Paşinyanla döyüşə başlayır” başlıqlı məqalədəndir. Bir müddət əvvəl Koçaryanın siyasətə qayıtması ilə bağlı verdiyi bəyanatı xatırladan sayt yazır ki, bu, Koçaryanın öz məqsədlərini həyata keçirməyə hesablanıb. Sabiq prezidentin Ermənistanın xarici siyasətindən narahat olduğunu iddia etməsi isə, sayta görə, çox gülüncdür. Məqalənin müəllifi yazır: “Erməni xalqına Koçaryan qədər nifrət bəsləyən ikinci bir siyasətçinin olmaması ilə çoxları razılaşa bilər. Hətta sonrakı prezident Sarkisyan da onunla müqayisə edilə bilməz. Xatırladaq ki, Koçaryan 1999-cu il oktyabrın 27-də parlamentdə əsas siyasi rəqibləri - parlament spikeri Karen Dəmirçyan və baş nazir Vazgen Sarkisyanı öldürtməklə hakimiyyəti ələ keçirmişdi. Həmin vaxt Ermənistanda Koçaryana qarşı mübarizə aparacaq hər hansı siyasi qüvvə mövcud deyildi. Məhz bundan yararlanan Koçaryan Ermənistanda söz və sərbəstlik azadlığını tamamilə aradan qaldırdı. O, bütün imkanlardan yararlanaraq, ölkənin ən əhəmiyyətli obyektlərini ələ keçirməklə Ermənistanda ən zəngin adamlarından biri oldu. Təsadüfi deyil ki, Ermənistandan miqrasiya köçünün başlanmasına məhz Koçaryan hakimiyyəti rəvac verdi. Onun hakimiyyətdə olduğu illər Ermənistan üçün durğunluq və zorakılıq, repressiya və korrupsiyanın artması, vətəndaş azadlıqlarının məhvi illəri oldu. Məhz o, Ermənistanı Rusiyanın forpostına çevirdi. Lakin bütün bunlar da ona kifayət etmədi. Koçaryan prezidentlik müddəti bitəndən sonra xalq qarşısındakı “xidmətlərinə” görə həbsə atılacağını yaxşı anlayırdı. Ona görə də Serj Sarkisyanı özünə varis seçmişdi. Erməni xalqının fikri isə onun üçün o qədər də önəm kəsb etmirdi. Bunu o, 2008-ci il martın 1-də xalqa açdığı atəşlə sübut etdi”. Saytın yazdığına görə, Sarkisyanın devrilməsindən sonra Koçaryanın yenidən hakimiyyətə qayıtmaq şansı yoxdur. Bu, Rusiyanın Ermənistandakı təsiri gücünə zərbə vurmaqla mümkündür. “Artıq Ermənistanın yeni hakimiyyəti Rusiyanın “kiçik qardaşı” olmaq istəmir. Ona görə də yavaş da olsa, Qərblə, xüsusilə də Avropa İttifaqı, NATO və ABŞ-la yaxınlaşmaq kursu götürülüb. Əlbəttə, bu, Moskvanı heç cür qane edə bilməz. Ona görə də Kremldə "Koçaryanın qayıdışı" adlı layihə reanimasiya olunub. Şübhəsiz ki, Koçaryanın İrəvanın xarici siyasətindən “narahatlıq” ifadə edərək hakimiyyətə qayıtmaq istəyi, əslində, onun yox, Kremlin istəyidir”. Sayt bu arzunu əlçatmaz hesab edir: “Bizim geri çəkilmək üçün heç bir yerimiz yoxdur. Erməni xalqı ölkədə nifrət qazanmış Koçaryanın yenidən hakimiyyətə qayıtmasına və ölkənin Kremlin qanadı altına qaytarılmasına icazə verməyəcək”. Qeyd edək ki, son məlumatlara görə, 2018-ci il martın 1-də İrəvandakı hadisələr üzrə iş çərçivəsində Ermənsitanın sabiq prezidenti Robert Koçaryanın evində və ofisində axtarış aparılıb. Bu barədə Ermənistan Xüsusi İstintaq Xidməti məlumat yayıb. Xatırladaq ki, Xüsusi İstintaq Xidməti iyulun 26-da R.Koçaryana qarşı Konstitusiya quruluşunun devrilməsində iştiraka dair ittiham irəli sürmüş, bir gün sonra isə o, 2 ay müddətinə həbs edilmişdi. Lakin Ermənistan Apelyasiya Məhkəməsi R.Koçaryanın sabiq prezident toxunulmazlığına əsaslanaraq avqustun 13-də onun həbsdən azad edilməsi barədə qərar qəbul edib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
Ermənistanda 24 yaşlı əsgər özünü güllələyib
18.04.2019
Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
18.04.2019
Özbəkistanın Riştan rayon rəhbərliyi İsmayıllı rayonuna səfər edəcək
17.04.2019
Lavrov: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı razılaşmalar kağız üzərində qalmamalıdır
17.04.2019
Riç Outzen: “Türkiyə ilə əlaqələrdə uğursuzluq görmək istəmirik”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info