Cənubi Koreyada Azərbaycanla bağlı tədbir keçirilib
Tarix: 21.08.2018 | Saat: 00:06:00 | E-mail | Çapa göndər


Cənubi Koreyanın Qvaçon Milli Elmlər muzeyində Texnologiya və Elmlər Nazirliyi, S-Oil və ReSeat şirkətləri, Milli Elmlər Fondunun birlikdə təşkilatçılığı ilə Cənubi Koreyanın Soongsil Universitetində İnformasiya Texnologiyaları və Menecment üzrə magistr təhsili alan Nihat Xəlilzadə və onun həyat yoldaşı Zeynəb Əhədova tərəfindən Azərbaycanla bağlı xüsusi tədbir keçirilib. Bu haqda Nihat Xəlilzadə özəl olaraq “Palitra”ya məlumat verib.
Tədbirdə Hansonq Elmlər Məktəbi, Seconq Elmlər Məktəbi, Kyonqi Elmlər Məktəbi tələbələrinin, köhnə elm və texnologiya naziri və Cənubi Koreyanın ən yaxşı universitetlərinin professorlarının və həmçinin iştirak edən tələbələrin valideynləri iştirak ediblər. Tədbirin əsas məqsədi tələbələri Azərbaycan və onun təhsil sistemi haqqında məlumatlandırmaq və Azərbaycan təhsil sistemi ilə Cənubi Koreya təhsil sisteminin müqayisəsi və həmçinin tələbələrin təhsil istiqamətləndirilməsi üçün məsləhət vermək olub. Tədbirdə Azərbaycan ərazisi, tarixi, əhalisi və s. haqqında ətraflı məlumat verildikdən sonra Azərbaycan təhsil sistemi haqqında qonaqlar tam məlumatlandırılıb. Sonda Azərbaycan universitetləri və onların təhsil sistemləri, ixtisaslar və həmçinin mümkün təqaüdlər haqqında koreyalı tələbələr tam məlumatlandırılıb.
Qeyd edək ki, dinləyicilər tərəfindən çox müsbət dəyərləndirildiyinə görə yaxın zamanda bu tədbirin yenidən təşkili nəzərdə tutulub.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Yaxın beş ildə Rusiyadan Azərbaycana turist axını iki dəfə artacaq
22.02.2019
Ruslan Auşev: İlham Əliyev nüfuzlu, öz xalqını sevən rəhbərdir
22.02.2019
Fevralın 25-də hava şəraiti dəyişəcək
22.02.2019
Bu ilin ilk ixrac missiyası Çinə təşkil olunacaq
22.02.2019
Ümumavropa Qarabağ mitinqi canlı yayımlanacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info