Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təqdimatı keçirilib
Tarix: 21.08.2018 | Saat: 15:44:00 | E-mail | Çapa göndər


AQSİA-nın sədri, departament rəhbərləri və assosiasiyaya üzv olan təşkilat rəhbərlərinin iştirakı ilə Gəncə şəhərində sahibkar qadınlar və ictimaiyyətlə görüş keçirilib.
AQSİA-nın sədri Səkinə Babayeva tədbir iştirakçılarını salamlayaraq, günümüzdə qadın sahibkarlığı və onun inkişafı, assosiasiyanın təsis olunması məqsədi və gələcək planlar, layihələr haqqında geniş məlumatlar verib. Həmçinin S.Babayeva bildirib ki, assosiasiya regionlarda fəaliyyətini genişləndirmək, qadınlar arasında sahibkarlığı təşfiq etmək üçün regionlara silsilə səfərlərə başlayıb. “İlk səfər Gəncə şəhərinədir. Bu da təsadüfi deyil. Bildiyiniz kimi cari ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilir. Gəncə isə cümhuriyyətin ilk paytaxtı, ölkənin ikinci və ən qədim şəhəri, mədəniyyət beşiyidir. İnanırıq ki, Gəncəmizdə sahibkar qadınların sayının artmasına gələcək fəaliyyətlərimizlə müvəffəq olacağıq” deyə sədr bildirib.
Daha sonra AR İqtisadiyyat Nazirliyinin Gəncə-Qazax regional bölməsinin müdir müavini Orxan İbrahimov sahibkarlığın inkişafı üçün həyata keçirilən dövlət proqramları, islahatlar haqqında məlumat verib.
Çıxışlardan sonra AQSİA-nın icraçı direktoru Nigar Ələsgərova indiyə kimi görülən işlər haqqında hesabat xarakterli təqdimat edib. O cümlədən, AQSİA-nın tərkibində yaradılan yeni departamentlərin təqdimatı edilib və onların fəaliyyəti haqqında ətraflı məlumat verilib.
Sonra AQSİA-da yeni yaradılan “Xidmət” departamentinin rəhbəri Təranə Məmmədova, “Beynəlxalq Əlaqələr” Departamentinin rəhbəri Günel Məmmədhəsənova, “Sosial iş” Departamentinin rəhbəri Gülnarə Xəlilova, “İnvestisiya və Qrantlar” şöbəsinin müdiri Sevda Nəcəfova, “İstehlakçılarla iş” şöbəsinin müdiri Ulduz Xanlarova departamentlərin strukturu haqqında danışaraq, Gəncənin sahibkar xanımlarını da fəaliyyətdə yaxından iştiraka dəvət ediblər.
Görüş müzakirələrlə davam edib və yeni layihələr üzrə təkliflər irəli sürülüb.
Məlumat üçün bildirək ki, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası cənab prezidentin tövsiyəsi ilə 26.10.2017-ci ildə ölkədə fəaliyyət göstərən qadın sahibkarların təşəbbüsü, İqtisadiyyat Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə təsis olunub, 22.12.2017-ci ildə dövlət qeydiyyatına alınıb. AQSİA-nın əsas məqsədi qadınlar arasında sahibkarlığın inkişafına kömək etməkdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
Rafiq Hüseynovun yaşadığı evin qarşısında barelyefi açılıb
18.02.2019
Təqaüdlərin artırılması doktorant və tələbələri ruhlandırır
18.02.2019
Ombudsman Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
18.02.2019
Prezident Sumqayıtın dənizkənarı bulvarında şəhərin sakinləri ilə görüşüb
18.02.2019
“SOCAR Polymer” qeyri-neft ixracını 15 faiz artıracaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info