Nazir sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb
Tarix: 21.08.2018 | Saat: 15:54:00 | E-mail | Çapa göndər


Sahil Babayev: “Sağlamlıq imkanları məhdud uşaqların yenidən cəmiyyətə qazandırılması üçün səyləri daha da artırmaq nazirlik üçün əsas fəaliyyət prinsiplərindəndir”

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün Bakının Xəzər rayonunda yerləşən 1 saylı sosial xidmət müəssisəsində uşaqlara stasionar şəraitdə göstərilən sosial xidmətləri nəzərdən keçirib.
Nazir müəssisənin əməkdaşları ilə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu sosial siyasətinin sosial xidmət müəssisələrinin hərtərəfli təminatının da güclənməsinə səbəb olduğunu vurğulayıb. Bu sahədə Heydər Əliyev Fondu tərəfindən böyük dəstəyin göstərildiyini bildirən S.Babayev diqqətə çatdırıb ki, Fondun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində əsaslı təmir və yenidənqurma işləri aparılıb. Nəticədə bu müəssisələrdə uşaqlar üçün nümunəvi yaşayış şərati ilə yanaşı, uşaqların funksional çatışmazlıqlarının aradan qaldırılmasına, bacarıqlarının inkişaf etdirilməsinə yönələn reabilitasiya əhəmiyyətli işlərin aparılması üçün geniş imkanlar yaradılıb.
Son illərdə dövlət başçısının tapşırığı ilə görülən işlərin nəticəsi olaraq, nazirliyin Uşaq Bərpa Mərkəzində müasir tələblərə uyğun bərpa-müalicə şəraiti mövcuddur. Eləcə də Heydər Əliyev Fondunun layihəsi kimi, Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsinin yaradılması belə uşaqlar üçün tibbi-sosial reabilitasiya infrastrukturunun genişlənməsinə səbəb olub. Bu imkanlardan maksimum istifadə etməklə, sağlamlıq imkanları məhdud uşaqların yenidən cəmiyyətə qazandırılması üçün səyləri daha da artırmaq nazirlik üçün əsas fəaliyyət prinsiplərindəndir.
S.Babayev sosial xidmət müəssisəsindəki sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb. Nazir uşaqların hazırladıqları əl işlərinə baxıb, onların sərgilərdə nümayiş olunması, təbliği işlərinin genişləndirilməsini tapşırıb. Müəssisənin sakinlərindən biri hazırladığı əl işini nazirə xatirə hədiyyəsi olaraq bağışlayıb.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
“İşsizin DOSTu” layihəsi 33 mindən çox vətəndaşla əmək müqaviləsi bağlayıb
18.04.2019
Zorakılıq, mənəvi-psixoloji təzyiq hallarına məruz qalan uşaqlar üçün Qaynar xətt yaradılır
18.04.2019
Əlil arabası ilə təmin olunmaq üçün müraciət proseduru sadələşdirilir
18.04.2019
Azərbaycanda bu sahədə çalışanlar daha yüksək maaş alır
17.04.2019
“Express Bank“ işçi axtarır

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info