Serj Sarkisyanın qohumu beynəlxalq axtarışa verilib
Tarix: 21.08.2018 | Saat: 18:23:00 | E-mail | Çapa göndər


Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın əmisi oğlu Narek Sarkisyan beynəlxalq axtarışa verilib. Ölkənin hüquq-mühafizə orqanları “İnterpol”la birgə onun tapılması ilə məşğuldur. Bunu respublika polisinin rəhbəri Valeri Osipyan bildirib. Narek Sarkisyan qanunsuz silah gəzdirməkdə, narkotik vasitələr saxlamaqda, dələduzluqda və insan oğurluğunda ittiham edilir. Cinayət materiallarına əsasən, 2017-ci ildə Yerevanda gecə klubu açmaq istəyən biznesmeni Narekin evinin zirzəmisinə salıb, işgəncə verilərək onu bu fikirdən çəkindirməyə çalışıblar. Narek Sarkisyan işgəncələrdə şəxsən iştirak edib və biznesmeni tapança ilə hədələyib. Qeyd edək ki, bir qədər əvvəl sabiq prezidentin qardaşı Levon Sarkisyan və onun digər yaxın qohumu “qanunsuz varlanma” maddəsi üzrə axtarışa verilmişdi. Son məlumata görə, Ermənistanın sabiq müdafiə naziri Mikael Arutunyan barəsində də dövlətlərarası axtarış elan olunub. Onun Rusiya ərazisində olduğu bildirilir.




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı sükut günüdür
18.04.2019
Ermənistanda 24 yaşlı əsgər özünü güllələyib
18.04.2019
Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
18.04.2019
Özbəkistanın Riştan rayon rəhbərliyi İsmayıllı rayonuna səfər edəcək
17.04.2019
Lavrov: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı razılaşmalar kağız üzərində qalmamalıdır

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10752

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info