Devid Bekhem UEFA prezidenti mükafatına layiq görülüb
Tarix: 21.08.2018 | Saat: 22:19:00 | E-mail | Çapa göndər


Futbol üzrə İngiltərə millisinin və “Mançester Yunayted” klubunun sabiq kapitanı Devid Bekhem UEFA prezidenti mükafatına layiq görülüb. UEFA prezidenti Aleksander Çeferin bu barədə deyib: “Builki prezident mükafatının qalibi olaraq Devid Bekhemi seçirəm. Çünki o, beynəlxalq futbol səfiri kimi bu oyunun və onun dəyərlərinin planetin bütün bölgələrində geniş təbliğində mühüm rol oynayıb. O, humanitar sahədə danılmaz əməyinə, bütün dünyada uşaqlara göstərdiyi köməyə görə təltif olunmağa layiqdir. Devid öz dövrünün əsl futbol ikonasıdır”. UEFA prezidenti mükafatı ilə təltif edilməsinin onun üçün böyük şərəf olduğunu deyən 43 yaşlı D.Bekhem bildirib: “Karyeram ərzində həmişə komanda ruhunun inkişafına və təbliğinə çalışmışam. Bu mükafata layiq görülən insanların sırasına daxil olmaqdan qürur duyuram”. D.Bekhem futbol karyerasını 2013-ci ildə başa vurub. İngiltərə millisinin heyətində 115 oyunda 17 dəfə fərqlənən futbolçu “Mançester Yunayted”, “Real Madrid”, “Los-Anceles Qalaksi”, “Milan” və PSJ klublarının şərəfini qoruyub. Qeyd edək ki, UEFA prezidentinin mükafatı 1998-ci ildən etibarən təqdim olunur. Mükafatın ilk sahibi Avropa Komissiyasının sədri Jak Delor olub. J.Delor 1999-cu, 2015-ci və 2016-ci illərdə də bu təltifə layiq görülüb. UEFA Prezidenti keçən il bu mükafatı “Roma” klubunun sabiq futbolçusu Françesko Tottiyə təqdim etmişdi.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info