Alman və Azərbaycan arxeoloqları Şəmkirdə birgə tədqiqatlar aparırlar
Tarix: 27.08.2018 | Saat: 15:53:00 | E-mail | Çapa göndər


“Şəmkir-Qaracəmirli” Azərbaycan-Almaniya beynəlxalq ekspedisiyası 2018-ci ilin avqustundan Şəmkir rayonunun Qaracəmirli kəndinin yaxınlığındakı Qurbantəpə və Dərə Yataq abidələrində arxeoloji tədqiqatlar aparmaqdadır.
Qurbantəpə abidəsində araşdırmalar eramızdan əvvəl V əsrdə Əhəməni memarlıq üslubunda tikilmiş saray qalıqlarında davam etdirilir. Arxeoloji tədqiqatlara Azərbaycan tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Emil İsgəndərov və elmi işçilər Sevinc Hüseynova, Ülviyyə Heydərova və Faiq Babayev cəlb olunublar.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, beynəlxalq ekspedisiyada Almaniya tərəfini Münxen Dövlət Antik Külliyyat və Qliptotek Muzeyinin direktoru, professor Florian Knaus, Lüdviq və Maksimilian adına Münxen Universitetinin Ön Asiya Arxeologiyası İnstitutunun departament əlaqələndiricisi, doktor Kay Kaniut təmsil edirlər.
E.İsgəndərov deyib ki, ölçülərinə və tikililərin saxlanılma vəziyyətinə görə bu saray Cənubi Qafqazdakı oxşar abidələrdən kəskin fərqlənir və böyük elmi əhəmiyyətə malikdir. Bir neçə tikilidən ibarət olan bu kompleksdə arxeoloji qazıntılar 2006-cı ildən başlanıb. Builki qazıntılar zamanı əldə edilən nəticələr olduqca maraqlıdır. Yeni qazıntılar nəticəsində bir neçə daşdan hazırlanmış sütun altlıqları və çiy kərpicdən hörülmüş divarlar araşdırılıb. Sütun altlıqlarının bir neçəsi yerində tamamlanmamış formada aşkarlanıb. Ümumiyyətlə, arxeoloji materialların az tapılması və eyni zamanda, tamamlanmamış sütun altlıqlarının aşkarlanması bu sarayın tikilişinin sona çatmaması haqqında fikiri irəli sürməyə imkan yaradır. Bunu regionda baş vermiş beynəlxalq siyasi hadisələrlə bağlamaq olar.




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Bakıda yaradılan “Yaşıl guşələr” və ona biganə yanaşanlar
17.10.2019
Masallı Heydər Əliyev Mərkəzində 18 Oktyabr Dövlət Müstəqilliyi Gününə həsr olunmuş tədbir keçirilib
17.10.2019
Masallıda Milli Qəhrəman Səfəralı Məmmədovun anım günü qeyd edilib
17.10.2019
Bakıda tramvay və trolleybusların bərpası ilə bağlı müzakirələrə başlandı
16.10.2019
Masallıda məktəb rəhbərlərinin iştirakı ilə növbəti şura iclası

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 Vasim Məmmədəliyev vəfat edib
5 Kaliforniyada xəz dəri satışına və heyvanların sirklərdə istifadəsinə qadağa qoyulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info