Yaponiyalı tələbənin Azərbaycan sevgisi
Tarix: 29.08.2018 | Saat: 15:59:00 | E-mail | Çapa göndər


İkegaya Vataru: “Azərbaycanın multikulturalizm modeli mənim üçün əsas örnək oldu”

Bildiyiniz kimi, Yaponiyanın 5 ən məşhur universitetindən biri olan Hokkaydo Universitetində “Azərbaycan Multikulturalizmi” dərsləri keçirilir. Dərsləri Hokkaydo Universiteti və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi arasında əldə edilmiş razılaşmaya əsasən bu universitetin doktorantı, Yaponiyada diaspor fəaliyyəti ilə məşğul olan Əlibəy Məmmədov keçir. Bu dəfə avqust ayında Bakıda təşkil edilmiş Yay Məktəbində iştirak etmiş Hokkaydo Universitetinin tələbəsi İkegaya Vatarunun Azərbaycana olan sevgisinə həsr olunmuş müsahibəsini təqdim etmək qərarına gəldik.
- Hörmətli İkegaya Vataru, ilk olaraq sizin Azərbaycanla bağlı təəssüratlarınızı bilmək istərdik.
- Öncəliklə məni Azərbaycana dəvət etdiyinizə görə hər birinizə təşəkkür etmək istəyirəm. Azərbaycan Respublikasının Prezidenti başda olmaqla, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbərliyi, xüsusilə Rəvan Həsənov, eyni zamanda Azərbaycanda olduğum müddətdə iki həftə bizi tək qoymayan İrina və Nurlana, Şəki, Oğuz, İsmayıllı, Qəbələdə bizim qayğımıza qalmış hər kəsə, eyni zamanda Azərbaycanda bizi xoş qarşılayan bütün azərbaycanlılara təşəkkür edirəm.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkil etdiyi bu möhtəşəm layihəyə, Hokkaydo Universitetində dərs deyən, həm müəllimim, həm də yaxın dostum olan Əlibəy Məmmədovun “Azərbaycan Multikulturalizmi” dərslərində iştirak etməklə şans qazanmış oldum.
Həm Hokkaydo Universitetində təşkil edilmiş dərslərdə, həm Azərbaycanda təşkil edilən proqramlarda iştirak etməklə, qiymətli təcrübələrdən keçmiş oldum və bu, mənim həyatımda yeni bir səhifə açmış oldu.
-Azərbaycanda olarkən bu ölkə haqqında düşüncələriniz nə dərəcədə dəyişdi?
-Məndən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkil etdiyi yay məktəblərində iştirak etməklə, öyrəndiyim ən əsas nəsnənin nə olduğunu soruşsanız, bunun tolerantlıq olduğunu deyərəm. Azərbaycanda həm müsəlmanların, həm də yəhudi, xristian və digər din mənsublarının sülh və tolerantlıq şəraitində birlikdə yaşadıqlarını öyrənmiş oldum. Din və dəyərlərin, millətlərin səbəb olduğu qarşıdurmalar və müharibələrin tez-tez baş verdiyi dünyada, Azərbaycan kimi multikulturalizmi önə çəkməklə, bu sahədə uğur qazanmış ölkə, demək olar ki, yoxdur. Real olaraq, fərqli din qurumlarının nümayəndələrinin bir-biri ilə məlumat əldə etmək məqsədilə fikir mübadilələri aparmasını eşidəndə çox təəccüblənmişdim. Məhz bu, dini baxışlarına görə müharibələr aparan dünya ölkələrinin baxıb öyrənməli olduğu məsələdir. Düşüncə və dəyərlər fərqli olsa da, tolerantlıq prinsipləri əsasında qarşı tərəfi qəbul etmək gərəkdir. Məhz ondan sonra qarşılıqlı anlaşma başlayır. Belə bir məqama şahid olduğum digər bir mənzərə şiə və sünnilərin eyni binadan istifadə etmələri idi. Bunu öyrəndikdə, Azərbaycanın, həqiqətən də, fərqli ölkə olduğunu düşündüm. Abdulla Şaiqin də öz əsərində qeyd etdiyi kimi, “Biz Günəşin zərrələriyik”. Yəni bizlər hər birimiz eyni zərrə olduğumuza görə bir-birimizə qəbul etməli, birlikdə yaşamalıyıq.
- Azərbaycandakı multikulturalizm və tolerantlıq ənənələri sizə nə kimi təsir etdi?
- Yaponiyada dini baxışlara maraq çox aşağı səviyyədədir. Digər tərəfdən Yaponiyada insanlar arasında əsas maneə vətəndaşlıq, millət və dildən irəli gəlir. Məhz belə anlarda, multikulturalizm və tolerantlıq əsas meyar olaraq götürülməlidir. Bu baxımdan, Azərbaycanın multikulturalizm modeli mənim üçün əsas örnək oldu.
Həmçinin Azərbaycanda dövlətlə dinin ayrı olması, Yaponiya və Azərbaycan arasında oxşar cəhətdir. Xüsusilə mənim diqqətimi çəkən məqam, bu sahədə Azərbaycan dövlətinin nəzarəti oldu. Belə ki, Azərbaycan hökuməti, dini qurumlara olan dövlətin maliyyə dəstəyini ədalətli və bərabər bölməklə, hər hansı bir dini qurumun digərindən qat-qat güclü olmasına şərait yaratmır. Bu isə ayrı-ayrı dini qurumların azad və bərabərhüquqlu, tolerant bir şəraitdə fəaliyyət göstərməsinə gətirib çıxarır. Dövlət bu işə nəzarət etməklə həm dövlətin stabilliyini təmin etmiş olur, həm də din və qanun qarşısında hamıya eyni hüquqların verilməsini Azərbaycan xalqı üçün təmin etmiş olur. Belə bir dövləti idarə edən rəhbər - Prezident İlham Əliyevin liderlik keyfiyyətlərinin bütün dünyada ən yüksək səviyyədə olduğunu hiss etdim.
Bilirsiniz ki, Azərbaycanda Bakı Beynəlxalq Humanitar Forumu da keçirilmişdir. Bundan sonra da Azərbaycan dövləti, liderliyi özünə götürməklə, bütün dünya ölkələri ilə qarşılıqlı xoş münasibətlər qurmaq yolu ilə bütün dünyaya sülhü gətirə bilər. Azərbaycanda dövlət siyasəti olaraq həyata keçirilən multikulturalizm və tolerantlıq, hal-hazırda dünyada baş verən fərqli din və dəyərlərin səbəb olduğu münaqişələrin həllində əsas və aparıcı yol ola bilər.
Bütün dünyada sülhün bərqərar olması üçün Yaponiyanın da Azərbaycanla aktiv şəkildə əməkdaşlıq etməsini arzulayıram. Amma təəssüflər olsun ki, mənim ölkəm Yaponiyada Azərbaycanın mültikultural dəyərlərini bilən yaponların sayı hələ də azdır.
-Bəs, sizcə, bu baxımdan, Azərbaycanı Yaponiyada necə tanıtmaq olar?
-Bunun üçün də öncə Yaponiyadan Azərbaycana səyahət edən turistlərin sayını artırmaq və Yaponiyada bu sahədə dərslərin müntəzəm olaraq təşkil edilməsi gərəkdir. Azərbaycanda mükəmməl təbiət, dadlı yemək nümunələri və əsas da şərablar var.
-Azərbaycana yenə də gəlmək arzunuz varmı?
-Bu dəfə mən Azərbaycanda özümə çoxlu dost qazandım, amma qazandığım qardaşların (“qardaş” sözünü olduğu kimi qeyd edir- tərcüməçi) sayı daha çox oldu.
Yaxın gələcəkdə yenə Odlar Yurdu Azərbaycana getmək yox, qayıtmaq istəyirəm. Səni sevirəm Azərbaycan.
P.S. Yaponiyanın Hokkaydo Universitetinin tələbəsi İkegaya Vatarunun müsahibəsini yapon dilindən Azərbaycan dilinə Azərbaycan-Yaponiya Əməkdaşlıq Assosiasiyasının sədri, diaspor fəalı Əlibəy Məmmədov tərcümə edib.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
13.12.2018
“Siegen Universitetində istənilən vaxt dərsə gəlmək və getmək olur, icazə almağa da ehtiyac yoxdur”
10.12.2018
“Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
05.12.2018
“Özümü qərib ölkədə hiss etmədim”
05.12.2018
“Valideynlər övladlarının təhsilli, aktiv, istedadlı, sağlam yetişməsi üçün onlara kifayət qədər diqqət göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info