Azərbaycan İlahiyyat İnstitutu birgə layihəyə başlayıb
Tarix: 29.08.2018 | Saat: 16:35:00 | E-mail | Çapa göndər


Ölkədə fəaliyyət göstərən hökumət və qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın qurulması Azərbaycan İlahiyyat İnstitutunun qarşısına qoyduğu prioritet istiqamətlərindəndir. Bu məqsədlə İnstitut Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (aliyevheritage.org) ilə birgə ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunan layihənin icrasına başlayıb. İnstitutdan bildiriblər ki, layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının “1905.az” internet portalının bazasında reallaşdırlacaq. Bununla bağlı “Heydər Əliyev və multikultural dəyərlər”, “Heydər Əliyev və dövlət-din münasibətləri”, “Heydər Əliyev və milli mənəvi dəyərlərin qorunması”, “Dini radikalizmin səbəbləri və doğurduğu nəticələr”, “Milli kimliyimizin formalaşmasında dini dəyərlərin rolu”, “Tolerantlığın Azərbaycan modeli” və s. mövzularda silsilə diskussiyaların aparılması planlaşdırılıb. Diskusiyalarda ölkəmizin tanınmış ilahiyyatçılarının, fəlsəfəçilərinin və jurnalistlərinin iştirakı nəzərdə tutulub. İlk diskussiya sentyabrın 5-də “Azərbaycanda dini təhsil: reallıqlar və perspektivlər” mövzusunda keçiriləcək. Diskussiya Heydər Əliyev İrsini Araşdırma Mərkəzində təşkil ediləcək. Layihə başa çatdıqdan sonra diskussiyaların stenoqramı əsasında kitabın nəşri planlaşdırılır.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Mətbuat Şurası icazəsiz mitinqlə əlaqədar jurnalistlərə və hüquq-mühafizə orqanlarına çağırış edib
19.10.2019
Astarada Nəsiminin 650 illik yubileyi qeyd olunub
18.10.2019
Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun xatirəsi anılıb
18.10.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
18.10.2019
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü qeyd olunur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info