Kolleclərin boş qalan plan yerləri üzrə 786 abituriyent ixtisas seçib
Tarix: 29.08.2018 | Saat: 19:20:00 | E-mail | Çapa göndər


Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə internet vasitəsilə ixtisas seçimi elan edib. Avqustun 29-u saat 12:00-a olan məlumata əsasən, 786 abituriyent ixtisas seçib. Onlardan 782-si Azərbaycan, 4-ü isə rus bölmələrində təhsil alacaq abituriyentlərdir. İxtisas seçimi sentyabrın 3-dək davam edəcək. Qeyd edək ki, orta ixtisas təhsil müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak üçün ixtisas seçiminə qəbul imtahanında (hər iki mərhələ üzrə) topladıqları ümumi balı 40-dan, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı isə 10-dan az olmayan abituriyentlər buraxılırlar. Ümumi (9 illik) orta təhsil səviyyəsini Azərbaycanın ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər müsabiqədə tədris dili (Azərbaycan dili və ya rus dili) və riyaziyyat fənlərindən buraxılış imtahanında (9-cu siniflər üzrə) qazandıqları nəticələr əsasında iştirak edirlər. İmtahan nəticələrinə görə, orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin boş qalan yerlərə keçirilən müsabiqədə iştirak hüququ yoxdur. İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-dək ixtisas kodunu seçib www.eservices.dim.gov.az/erizetex/ixtisas2 linkindəki “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”ni doldurmalı və təsdiqləməlidir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Mətbuat Şurası icazəsiz mitinqlə əlaqədar jurnalistlərə və hüquq-mühafizə orqanlarına çağırış edib
19.10.2019
Astarada Nəsiminin 650 illik yubileyi qeyd olunub
18.10.2019
Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun xatirəsi anılıb
18.10.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
18.10.2019
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü qeyd olunur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info