Diasporumuzun inkişafına yeni təkan
Tarix: 30.08.2018 | Saat: 16:55:00 | E-mail | Çapa göndər


Fuad HÜSEYNZADƏ |

Azərbaycan gəncliyi vətənpərvərliyi, dövlətə və xalqa hədsiz sədaqəti, öz fəallığı, elmi, müasirliyi ilə seçilir. Ümummilli məsələlərin həllində gənclər ön sırada Azərbaycanın maraqlarını müdafiə edir, var qüvvələri ilə ölkəmizin çiçəklənməsinə, tərəqqisinə öz dəyərli töhfələrini verirlər. Dövlətin gənclər siyasətinin başlıca məqsədləri gənclərin hərtərəfli inkişafını təmin etmək, onların sosial problemlərinin həlli və cəmiyyətdə layiqli yer tutması üçün əlverişli şəraiti yaratmaqdır. Gənclərin xaricdə təhsil almasına yaradılan imkan da məhz bu siyasətə xidmət edir. Bu gün xaricdə təhsil alan və yaşayan gənclərimiz aktiv ictimai-siyasi fəaliyyətlə də məşğuldurlar. Xaricdəki gənclərimiz artıq yeni bir gücə çevriliblər. Lakin xaricdə təhsil alan və yaşayan gənclərimiz lazımi qaydada koordinasiyalı idarə olunmur, potensialları düzgün yönəldilmir, həqiqətlərimizi çatdırmağa təşviq edilmirlər. Buna görə də gənclərin Vətənlə əlaqələrinin daha da möhkəmləndirilməsi və onların istiqamətləndirilməsi üçün hər hansı təşkilata ehtiyac duyulurdu. Bu baxımdan “Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay Düşərgəsinin nəticəsi olaraq “Dünya Azərbaycanlıları Gənclər Şəbəkəsi”nin yaradılması çox müsbət haldır. Bu Şəbəkə xaricdəki gəncləri motivə edib Azərbaycan adına birləşdirmək baxımından da önəmlidir. İnanırıq ki, bundan sonra xaricdəki gənclər şəbəkə şəklində fəaliyyət göstərəcəklər. Bir yerdə işləyib, güclü lobbi yarada biləcəklər. Çünki xaricdəki gənclərin lobbiçilik işinə cəlb olunması vacib amildir.
Bu gün beynəlxalq əlaqələrdən də istifadə edib daha geniş formada ölkəmizi tanıtmaq və dünyada güclü mövqeyə malik olan siyasi mərkəzlərlə əməkdaşlıq edilməlidir. Bu işdə xaricdəki savadlı və intellektual səviyyəli gənclərimizin bilik və bacarığından maksimum yararlanmaq olar. “Dünya Azərbaycanlıları Gənclər Şəbəkəsi” vasitəsilə xaricdəki gənclərimizə daha düzgün və planlı şəkildə istiqamət verilsə, onlar yüksək səviyyədə Azərbaycanın xeyrinə işlər görərlər. “Dünya Azərbaycanlıları Gənclər Şəbəkəsi” xaricdəki gənclərimizin səylərini birləşdirərək mərkəzləşmiş qaydada koordinasiya etməlidir. Ümumiyyətlə, xaricdəki gənclərimiz öz gücündən lazımı səviyyədə istifadə etməlidirlər. Onlar yaşadıqları ölkələrin dilini öyrənməlidir. Daha sonra yerli dildə saytlar açmalıdırlar.
Son dövrdə ölkəmizə qarşı düşünülmüş qərəzli kampanıyalar aparılır. Azərbaycan cəmiyyətinin informasiya mühitində fəallığı birbaşa ölkəmizin beynəlxalq nüfuzuna xidmət edir. Bu nüfuzun qorunması, yüksəlişi naminə xaricdəki gənclər də bütün səy və bacarıqları, şəxsi təşəbbüsləri birləşdirməlidir. Həmçinin gənclərimizi xaricdə iştirak etdikləri müxtəlif elmi konfranslarda, tədbirlərdə Azərbaycanın dünyada tanıdılması yönündə əllərindən gələnin ən yaxşısını eləməyə səy göstərməlidir. Xarici ölkələrin ali təhsil ocaqlarında, dünyanın müxtəlif ölkələrində keçirilən mötəbər tədbirlərdə nə qədər çox gənclərimiz iştirak etsə bu, ölkəmizin həm tanıdılmasına, həm də diasporumuzun inkişafına təkan verəcək.




 
Müəllifin son yazıları

31.03.2018 Antimilli qüvvələrə qarşı aktiv güc birliyi
24.01.2018 Virtual həmrəylik strategiyası
28.07.2017 Dünya mediasına necə inteqrasiya etməli
05.11.2016 Dünya azərbaycanlılarının döyünən ürəyi
22.09.2015 Radikalların dözümsüzlüyü

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info