Fermerlərin problemləri həll edilir
Tarix: 03.09.2018 | Saat: 19:58:00 | E-mail | Çapa göndər


Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilən Fermerlər və Koordinasiya Şurasının təsis yığıncağında qarşıda duran vəzifələr müzakirə edilib. Toplantıda yerli fermerlərə yeni yaradılan Şuranın funksiya və vəzifələri barədə ətraflı məlumat verilib, görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb. Yığıncaqda çıxış edən Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Tofiq Rzayev ölkəmizdə kənd təsərrüfatı sahəsində aparılan islahatların uğurla davam etdiyini vurğulayaraq, yeni yaradılan Şuranın üzvlərinə fəaliyyətlərində uğurlar arzulayıb. Lənkəran Fermerlər və Koordinasiya Şurasının sədri Rüfət Əsgərov yeni yaradılan qurumun fəaliyyət istiqamətlərindən danışaraq qeyd edib ki, Şuranın əsas vəzifəsi fermerlərin mövcud problemlərini öyrənmək, problemlərin aradan qaldırılmasına kömək etmək, ictimai nəzarəti həyata keçirmək, subsidiyaların verilməsində şəffaflığı təmin etmək, fermerlər arasında rəy sorğuları keçirmək, aqrar sahənin inkişafına dair təkliflər verməkdir. Bildirilib ki, Şura kənd təsərrüfatı sektorunun qabaqcıl nümayəndələri, fermerlər, fermer assosiasiyalarının üzvlərindən təşkil olunub. Yığıncaqda çıxış edən fermerlər istehsal etdikləri məhsulların satışı və kənd təsərrüfatı texnikasına olan tələbatla bağlı təkliflərini bildiriblər. Sonda fermerləri maraqlandıran suallar cavablandırılıb.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Mətbuat Şurası icazəsiz mitinqlə əlaqədar jurnalistlərə və hüquq-mühafizə orqanlarına çağırış edib
19.10.2019
Astarada Nəsiminin 650 illik yubileyi qeyd olunub
18.10.2019
Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun xatirəsi anılıb
18.10.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
18.10.2019
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü qeyd olunur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info