İnnovasiya Müsabiqəsinə indiyədək 70-dək layihə təqdim olunub
Tarix: 03.09.2018 | Saat: 20:46:00 | E-mail | Çapa göndər


İqtisadiyyat Nazirliyi və BMT-nin Azərbaycandakı nümayəndəliyi ilə birgə elan edilmiş İkinci Respublika İnnovasiya Müsabiqəsinə indiyədək 70-ə yaxın layihə təqdim olunub. Hazırda müsabiqəyə layihələrin qəbulu davam edir. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatı tərəfindən "2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyi"nin məqsədlərini təşviq etmək, innovasiyaları həvəsləndirmək, eyni zamanda, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının və "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri"nin icrasına dəstək məqsədilə İkinci Respublika İnnovasiya Müsabiqəsi elan olunub. İnnovasiya Müsabiqəsi barədə məlumatlığın artırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, AMEA-nın Yüksək Texnologiyalar Parkının müəllim, tələbə və gənc tədqiqatçıları, həmçinin "ASAN Könüllüləri" ilə maarifləndirmə tədbirləri keçirilib. İndiyədək müsabiqəyə 70-ə yaxın layihə təqdim olunub. Hazırda müsabiqəyə layihələrin qəbulu davam edir. Müsabiqədə iştirak etmək üçün namizədlər layihələrini sentyabrın 20-dək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İdeya Bankı" (www.ideya.az) platforması vasitəsilə təqdim edə bilər.

Anar




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Bakıda yaradılan “Yaşıl guşələr” və ona biganə yanaşanlar
17.10.2019
Masallı Heydər Əliyev Mərkəzində 18 Oktyabr Dövlət Müstəqilliyi Gününə həsr olunmuş tədbir keçirilib
17.10.2019
Masallıda Milli Qəhrəman Səfəralı Məmmədovun anım günü qeyd edilib
17.10.2019
Bakıda tramvay və trolleybusların bərpası ilə bağlı müzakirələrə başlandı
16.10.2019
Masallıda məktəb rəhbərlərinin iştirakı ilə növbəti şura iclası

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 Vasim Məmmədəliyev vəfat edib
5 Kaliforniyada xəz dəri satışına və heyvanların sirklərdə istifadəsinə qadağa qoyulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info