Qəbul imtahanlarında yüksək nəticə göstərən tərtərli gənclər mükafatlandırılıblar
Tarix: 03.09.2018 | Saat: 22:35:00 | E-mail | Çapa göndər


Bu il Tərtər rayonunun orta ümumtəhsil məktəblərini bitirən 588 nəfər məzundan 363 nəfəri ali məktəblərə qəbul olmaq üçün sənəd verib, 224 nəfər ali, 108 nəfər isə orta-ixtisas məktəblərinə qəbul olub. Gənclərdən 19 nəfəri 500-600 arası, 10 nəfər isə 600-dən yuxarı bal toplayıb. Bu faktlar Tərtər rayon Mədəniyyət Mərkəzində ali məktəblərə qəbul olmuş gənclərlə keçirilən görüşdə səsləndirilib. Rayon Icra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev və başqaları tədbirdə çıxış edərək, ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən layihələrdən, əldə olunan uğurlardan danışıblar. Bildirilib ki, ölkəmizin sürətli iqtisadi tərəqqisinin nəticəsi olaraq, digər sahələrdə olduğu kimi, təhsil sahəsində də inkişaf əldə edilib. Respublikanın digər bölgələrində olduğu kimi, cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da təhsilin inkişafı istiqamətində mühüm işlər görülür. Belə ki, təkcə ötən tədris ilində şəhər 6 nömrəli tam orta və Qazyan kənd ümumi orta məktəbləri əsaslı təmir olunub, Bayandur, Poladlı kəndlərində modul tipli məktəblər tikilərək istifadəyə verilib. Seydimli və Qaradağlı kənd tam orta məktəblərinin bir korpusu əsaslı təmir olunub. Hazırda Zolgəran kənd ümumi orta və Kovdadıq kənd ibtidai məktəbləri üçün modul tipli məktəblərin tikintisinə hazırlıq işləri görülür, Buruc kənd tam orta məktəbi isə təmir olunur. Çıxış edənlər tələbə adını qazanan gəncləri təbrik edib, onlara təhsildə və gələcək həyatda uğurlar diləyərək, Vətənə, xalqa, dövlətə və dövlətçiliyə sadiq olmağı tövsiyə ediblər. Gənclər və onların müəllimləri tədbirin təşkilinə görə minnətdarlıqlarını bildirib, öz sevinclərini bölüşüblər. İmtahanlarda 500-dən çox bal toplayan tələbələrə fəxri fərman və qiymətli hədiyyələr verilib.




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Bakıda yaradılan “Yaşıl guşələr” və ona biganə yanaşanlar
17.10.2019
Masallı Heydər Əliyev Mərkəzində 18 Oktyabr Dövlət Müstəqilliyi Gününə həsr olunmuş tədbir keçirilib
17.10.2019
Masallıda Milli Qəhrəman Səfəralı Məmmədovun anım günü qeyd edilib
17.10.2019
Bakıda tramvay və trolleybusların bərpası ilə bağlı müzakirələrə başlandı
16.10.2019
Masallıda məktəb rəhbərlərinin iştirakı ilə növbəti şura iclası

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 Vasim Məmmədəliyev vəfat edib
5 Kaliforniyada xəz dəri satışına və heyvanların sirklərdə istifadəsinə qadağa qoyulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info