Rektor qəbul prosesini izlədi
Tarix: 04.09.2018 | Saat: 16:33:00 | E-mail | Çapa göndər


Avqustun 16-dan etibarən Azərbaycan İlahiyyat İnstitununa qəbul olunmuş tələbələrin qeydiyyat prosesinə başlanılıb. 2018/2019-cu tədris ilində birinci kurs tələbəsi olacaq şəxslər tələb olunan sənədləri İnstitututa təqdim edərək qeydiyyatdan keçirlər.
Bu gün Azərbaycan İlahiyyat İnstitunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov qəbul prosesini izləyib. O, sənədlərin qeydiyyatı prosesinin gedişi ilə tanış olub, qəbulu aparan Aİİ nümayəndələri ilə söhbət edib. C.Məmmədov qəbula gələn valideynlərlə də görüşüb, övladlarının Aİİ tələbəsi adını qazanması münasibətilə onları təbrik edib, yeni tədris ilində uğurlar arzulayıb. C.Məmmədov qeyd edib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan din siyasətini hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Bu gün Azərbaycanda bütün sahələrə olduğu kimi din sahəsinə də böyük qayğı var. Azərbaycan İlahiyyat İnstitutunun yaradılması bu qayğının təzahürüdür.
Qeyd edək ki, bu günə olan məlumata görə, Azərbaycan İlahiyyat İnstitunun Dinşünaslıq ixtisası üzrə 22 nəfər, İslamşünaslıq ixtisası üzrə isə 30 nəfər qeydiyyatdan keçib. Beləliklə Dinşünaslıq ixtisası üzrə qəbul olunan bütün tələbələr artıq qeydiyyatdan keçmiş sayılırlar. İslamşünaslıq ixtisası üzrə isə prosesin yekunlaşması üçün son 5 nəfər qeydiyyatdan keçməlidir. Qeyd edək ki, həftə sonu və qeyri-iş günü olmasına baxmayaraq Azərbaycan İlahiyyat İnstitutu – 25-26 avqust tarixlərində də qeydiyyat prosesini təşkil edib. Ümumilikdə, Aİİ-də qeydiyyat prosesi sentyabrın 3 – dək aparılacaq.
Azərbaycan İlahiyyat İnstitutu, Azərbaycan xalqının tarixi ənənələrə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması, inkişafı və dini fəaliyyət sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasının təmin edilməsi məqsədilə müasir təhsil standartları və müvafiq sahədə dünya təcrübəsi əsasında qurulmuş yeni institutdur.
İnstitutda müasir sosial elmlərin metodları əsasında İslamla yanaşı, digər dünya dinlərinin inanc, ibadət, əxlaq sistemi və ictimai strukturları, həmçinin, dini elmlərlə yanaşı fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizm və s. sosial və humanitar elmlər də tədris olunacaq. Eyni zamanda Aİİ-də tələbələr ingilis, ərəb, klassik ibrani, sanskrit, klassik yunan, latın, rus və fars dillərini yüksək səviyyədə öyrənmək imkanına malikdir.

Tural




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Bakıda yaradılan “Yaşıl guşələr” və ona biganə yanaşanlar
17.10.2019
Masallı Heydər Əliyev Mərkəzində 18 Oktyabr Dövlət Müstəqilliyi Gününə həsr olunmuş tədbir keçirilib
17.10.2019
Masallıda Milli Qəhrəman Səfəralı Məmmədovun anım günü qeyd edilib
17.10.2019
Bakıda tramvay və trolleybusların bərpası ilə bağlı müzakirələrə başlandı
16.10.2019
Masallıda məktəb rəhbərlərinin iştirakı ilə növbəti şura iclası

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 Vasim Məmmədəliyev vəfat edib
5 Kaliforniyada xəz dəri satışına və heyvanların sirklərdə istifadəsinə qadağa qoyulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info