İKT üzrə yay düşərgəsinə ilkin seçimlər başa çatdı
Tarix: 04.09.2018 | Saat: 16:35:00 | E-mail | Çapa göndər


Biləsuvar rayonun 7 saylı orta məktəbində keçiriləcək “İKT üzrə yay düşərgəsi”nə sənəd qəbulu başa çatdı. Sentyabrın 5-dən başlayacaq təlimlərdə iştirak hüququ qazanmaq üçün ümumilikdə 315 şagird imtahanlarda iştirak edib.
Sentyabrın 5-də imtahanda iştirak edən şagirdlər arasından, 3 yaş qrupu üzrə 45 şagird Tədris düşərgəsinə (Bootcamp) seçilib. “İKT üzrə yay düşərgəsi” nə qəbul olan məktəblilər 10 gün ərzində, kompüter kodlaşdırmasının əsaslarını öyrənməklə yanaşı, sosial bacarıqlarını və liderlik qabiliyyətlərini də inkişaf etdirəcəklər.
Tədris düşərgəsində dərs deyəcək təlimçilər ölkənin qabaqcıl tədris müəssisələrindən olan “Code Academy”nin peşəkar müəllimləri arasından seçilib.
Tədris düşərgəsinə seçilmiş VII-IX sinif şagirdləri intensiv kodlaşdırma dərsləri alacaqlar. HTML, “Scratch” və “Python” kimi proqramlaşdırma dillərinin tədris edildiyi düşərgəni fərqlənmə ilə bitirən məktəblilər kompüter və mobil telefon kimi dəyərli hədiyyələr qazanacaq. Ən əsası isə, bilikləri ilə fərqlənən şagirdlər “Code Academy”-də təhsil almaq imkanı əldə edəcəklər. Tədris düşərgəsi həmçinin iştirakçı şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsini, onların sosial bacarıqlarının və liderlik qabiliyyətlərinin inkişaf etdirilməsini nəzərdə tutur.
Məktəblilərdə elmə və təhsilə həvəs yaratmaq və onların nəzəri və təcrübi biliklər qazanmasını qarşısına hədəf qoyan “İKT üzrə yay düşərgəsi”ndə iştirak etmək ödənişsizdir. Bu layihə ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən yerli icmaların inkişafı və inklüziv tərəqqinin artırılması məqsədilə dəstəklənir.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Mətbuat Şurası icazəsiz mitinqlə əlaqədar jurnalistlərə və hüquq-mühafizə orqanlarına çağırış edib
19.10.2019
Astarada Nəsiminin 650 illik yubileyi qeyd olunub
18.10.2019
Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun xatirəsi anılıb
18.10.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
18.10.2019
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü qeyd olunur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info